FİFA ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının rəsmi afişasını təqdim edib.
QOL.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
2026-cı il dünya kuboku tarixdə 3 ölkənin birgə ev sahibliyi edəcəyi ilk turnir olacaq. Posterin dizaynının əsasını məhz bu birlik və əməkdaşlıq ideyası təşkil edir.
Əsas poster üzərində hər ev sahibi ölkədən bir rəssam olmaqla üç rəssam çalışıb: Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Hank Uillis Tomas (ABŞ). FİFA qeyd edib ki, mundial tarixində turnirin rəsmi posterinin eyni anda üç rəssam tərəfindən yaradılması da ilk dəfədir.
Əsas posterdən əlavə, turnirdə 16 ev sahibi şəhər üçün ayrıca poster seriyası da olacaq. Bu, dünya çempionatı tarixində birinci dəfə yaşanacaq.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı