Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib.
"Qarabağ" evdə "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.
Cavab görüşündə hesab 3:1 "Qarabağ"ın xeyrinə olarkən "Şamaxı"nın oyunu ən azı əlavə vaxta aparmaq üçün yüzfaizli imkanı qazanıb. Amma onlar (Karim Rossi) qazandığı penaltini 90+8-ci dəqiqədə dəqiq yerinə yetirə bilməyiblər.
Bu nəticədən sonra "Qarabağ" yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün "Zirə" adını turnirin yarımfinalına yazdırmağı bacarıb.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
4 mart (çərşənbə)
19:00. “Qarabağ” - “Şamaxı” - 3:1
Qol: Emmanuel Addai, 6 (1:0), Karim Rossi, 31 (1:1), Emmanuel Addai, 61 (2:1), Leandro Andrade, 63 (3:1)
Reallaşdırılmayan penalti: Karim Rossi, 90+8 ("Şamaxı") - qapı tiri
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 1:2
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” - “Turan Tovuz”
İlk oyun - 0:1
18:00. “Qəbələ” - “Sabah”
İlk oyun - 0:0
3 mart (çərşənbə axşamı)
“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)
Yarımfinal
"Zirə" - “Turan Tovuz”/“Kəpəz”
"Qarabağ" - “Qəbələ”/“Sabah”
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər