İran Futbol Federasiyasının prezidenti Mehdi Taç ölkəsinin 2026-cı il dünya çempionatında iştirakının sual altında olduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, İran dövlət televiziyasına danışan federasiya rəhbəri bildirib ki, İsrail və ABŞ ilə davam edən hərbi qarşıdurma fonunda mundiala qatılmaq real görünmür:
“Bu gün baş verənlər və Amerika Birləşmiş Ştatlarının hücumu fonunda Dünya çempionatına ümidlə baxmağımız çətin görünür. Lakin bu məsələdə qərarı verəcək olanlar idman rəhbərləridir”.
Taç həmçinin İranda liqaların ikinci bir açıqlamaya qədər dayandırıldığını da qeyd edib.
Qeyd edək ki, İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. G qrupunda yer alan komanda oyunlarını ABŞ-da keçirməlidir. İran yığması 15 iyunda Yeni Zelandiya, 21 iyunda Belçika ilə Los-Ancelesdə, 26 iyunda isə Sietldə Misirlə qarşılaşacaq.
Bundan əlavə, İran və ABŞ komandaları qruplardan çıxacaqları təqdirdə 1/16 final mərhələsində üz-üzə gəlmək ehtimalı da var.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq və 39 gün davam edəcək.
Foto: AFP
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı