Milli komandamız və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ”yə keçməzdən əvvəl başqa klublardan təklif almışdın?
- Hə, iddialı klublardan təkliflər var idi. Ancaq adlarını açıqlamayacağam.
- Yaxşı, niyə məhz “Qəbələ”ni seçdin?
- “Qəbələ”ni ən çox şəraitinə görə seçdim. Burada futbolçular üçün hər bir imkan yaradılıb. Bundan başqa, bölgə klubudur. Uğurlu nəticələrə acdırlar. Həm də komandanın başında Toni Adams kimi mütəxəssis durur. Onunla işləmək yaxşıdır. “Qəbələ”yə keçidimdə də onun rolu az olmadı. Məni çağırıb dedi ki, komandada əcnəbi futbolçular çoxdur. Bizim yerli kapitana ehtiyacımız var. Adams bildirdi ki, komandada təcrübəli yerli futbolçunun olması onun da işinə yarayır. Çünki komandanın kapitanı yerli olanda, əcnəbilər onun sözünə baxırlar və meydanda daha ürəklə çıxış edirlər. “Qəbələ”də Adams yox, Ramiz Məmmədov olsaydı, gəlməzdim. Çünki onun vaxtında bəzi yerli futbolçular birləşmişdilər.
- Demək istəyirsən ki, Ramiz müəllimin vaxtında komandada qruplaşma var idi?
- Yox, qruplaşma deməyək. Onda oyunçuların əksəriyyəti yerlilər olduğundan, bəzilərinin arasında birlik var idi. Belə olanda komandanı idarə etmək asan olmur. İndi isə fərqlidir. “Qəbələ”də legioner çoxdur. Onlara yerli kapitan lazım idi. Ona görə də “Qəbələ”nin təklifini qəbul etdim.
- Belə çıxır ki, legionerləri idarə etmək üçün komandaya cəlb olunmusan.
- İdarə etmək deyəndə, əcnəbiləri bir az boş buraxanda istədikləri kimi oynayırlar. Ona görə də məni “Qəbələ”yə dəvət etdilər ki, legionerlərə örnək olum.
- Karyeran ərzində bir çox məşqçilərlə işləmisən. Toni Adamsı onlardan nə ilə fərqləndirərdin?
- Adams futbolun içindən çıxıb. Futbolçuyla necə davranmaq lazım olduğunu gözəl bilir. Məsələn, bəzi məşqçilər komandada intizam yaratmaq üçün futbolçuların qarşısına müəyyən tələblər qoyur. Misal üçün, futbolçuya deyir ki, saat 12-də yatmalısan. Ancaq Adams belə etmir. O hər şeyi bizə başa salır və bundan sonra məsələni oyunçuların peşəkarlığına buraxır. Daha onu sıxma-boğmaya salmır.
- Bundan əvvəlki müsahibəndə bildirmisən ki, Toni Adamsı aldatmaq mümkün deyil. Bunu hansı mənada demisən və səncə, futbolçu məşqçini aldatmalıdır?
- Yox, aldatmaq deyəndə bayaqkı məsələni nəzərdə tuturam. Futbolçuların yatmaq söhbəti və bu kimi bəzi şeylər. Məsələn, məşqçi məşq zamanı öz tapşırıqlarını verir. Onları yerinə yetirib-yetirməmək isə futbolçunun peşəkarlığına qalır. Bəzi oyunçular meydanda qaçmırlar və müxtəlif yollarla məşqçinin diqqətindən yayınırlar. Ancaq bu hərəkəti Adamsa qarşı etmək çox çətindir.
- Bir az da milli komandadan danışaq. Son iki rəsmi oyunda iştirak etmədin. Əvvəlcə Qazaxıstan məğlubiyyəti ilə bağlı fikirlərini öyrənək.
- Açığı, həmin oyunda nə baş verdiyini mən də başa düşə bilmədim. Komandamızın qələbə qazanmağa borclu olduğu bir görüş idi. Amma alınmadı.
- Bəs almanlara doğma meydanda məğlubiyyət?
- Onsuz da oyundan əvvəl hamı bilirdi ki, millimiz uduzacaq.
- “Anji”nin oyunlarını izləyirsən?
- Yox, izləmirəm.
- Mahaçqala klubundan ayrıldıqdan sonra, sabiq komandan barədə məlumatın var?
- Yox, nəyimə lazımdır. Heç maraqlanmıram.
- Deyəsən səni “Anji”dən küsdürüblər?
- Küsdürüblər deyəndə, mənə “Anji” lazımdır? Oyunları alıb udurlar, adını da qoyurlar ki, qələbə qazandıq.
- Belə çıxır ki, “Anji” oyun alqı-satqısı ilə məşğul olur.
- Belədir də. Başqa cür qələbə qazana bilmirlər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi