“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”la oyunda sonra komandasının çıxışını dəyərləndirib.
QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis matçın çətin olmadığını, lakin oyunu özlərinin çətinləşdirdiyini bildirib.
“Qalatasaray” uduzsa da (2:3), ilk matçdakı qələbə sayəsində (5:2) növbəti 1/8 finala yüksəlib. Oyundan sonra Okan Buruk deyib:
“Oyun çətin deyildi, biz onu çətinləşdirdik. Düşünürəm ki, həm oyun planımız, həm mübarizəmiz, həm top bizdə olanda, həm də rəqibdə olanda etdiklərimiz bu vaxta qədər ortaya qoyduqlarımızla üst-üstə düşmədi. Təbii ki, səfər oyunu idi, rəqib öz azarkeşləri ilə birlikdə təzyiq yaratmağa çalışdı. İlk hissədə çox böyük təzyiq görməsək də, istədiyimiz oyunu oynaya bilmədik”.
O deyib ki, komandasının 1/8 finala yüksəlməsinə görə çox xoşbəxtdir: “Bir türk komandasının son 16 komanda arasında olması çox dəyərlidi. Bunun qədrini bilmək və şükür etmək lazımdır. Amma soyunma otağında elə bir ab-hava yaranmışdı ki, sanki oyunu uduzmuşuq. Halbuki mərhələ adlamaq çox vacib idi. İki oyunda yeddi qol vurmaq mühüm göstəricidir.
11 nəfərlə rəqibin 10 futbolçusuna qarşı oyunumuz qəbuledilməz idi. Oyunu daha rahat başa vurmalı idik, amma sanki azlıqda oynayan biz idik. Həm top bizdə olanda, həm də rəqibdə olanda çox səhvlər etdik. Hücumda yaradıcılıq göstərə bilmədik, rəqibin üzərimizə gəlməsinə imkan verdik və iki qol buraxdıq. Bu vəziyyət bəzən texniki heyəti də çıxılmaz durumda qoyur. Dəyişikliklər etdik, yeni oyunçular daxil oldu. Sarı vərəqəsi olan futbolçular var idi, 11-ə 10 oynayarkən ikinci sarı kart riskini aradan qaldırıb üstünlüyümüzü qorumaq istəyirdik. Buna baxmayaraq, komanda yerləşimində problemlər yaşadıq”.
Okan Buruk deyib ki, bundan sonra komanda olaraq daha çox çalışacaqlar: “Bu səviyyədə “onsuz da qalib gələcəyik” düşüncəsi qəbul edilə bilməz. İlk növbədə mən özümü dəyərləndirəcəyəm, futbolçularımız da fərdi şəkildə bunu etməlidir. Mərhələni keçsək də, amma çox önəmli dərs aldıq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib