"Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən kökləmək asan deyildi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.
Ağdam təmsilçisi oyunda 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında ilk matçda da "Nyukasl" qələbə qazanmışdı (6:1). Beləliklə, ÇL-də uğurlu mövsüm keçirən "Qarabağ" turnirlə vidalaşıb.
Q.Qurbanov Liqa mərhələsində keçirdikləri oyunları dəyərləndirib: “Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Böyük klublara qarşı oynadıq. Xüsusilə İngiltərə komandalarına qarşı matçlar mənim üçün xüsusi təcrübə oldu. İngiltərə futbolu Avropa futbolundan fərqlənir. Futbolçular həm fiziki, həm də mənəvi cəhətdən yorulublar, bəzi oyunlarda ciddi zərbələr aldıq. Amma qarşımızda həmişə maksimum hədəf var idi”.
O, "Nyukasl"la cavab oyunundakı taktikalarından söz açıb: “Rəqib həm topla yaxşıdır, həm fiziki, həm də taktiki cəhətdən güclüdür. Buna görə boşluqları bağlamaq üçün 5-li müdafiəni sistemi seçdik. Amma ümumilikdə öz oyun sistemimizə sadiq qalmaq istəyirik. Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər”
Q.Qurbanov standart vəziyyətlərdə bəzən çətinlik çəkmələrinə də toxunub: “Müasir futbolda standartlar qələbənin təxminən 30 faizidir. Rəqib bu komponentdə çox güclüdür, fərqli şəkildə yerinə yetirirlər, hündürboy futbolçuları var. Biz təkcə bu komponentdə yox, ümumilikdə Avropa və İngiltərə futbolunun strukturundan geri qalırıq. Onlar çox sürətlə inkişaf edirlər. Amma biz də inkişaf etmək və daha güclü olmaq istəyirik”.
Baş məşqçi sonda həm "Qarabağ"ın, həm də "Nyukasl"ın azarkeşlərindən danışıb: "Nyukasl" azarkeşləri bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. "Nyukasl" komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm, öz azarkeşlərimizə də təşəkkürümü çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib