"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə

"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
XƏBƏR 22 Fevral 2026 / 00:24 197
-  A +

Almaniya Bundesliqasında 23-cü tur davam edir.

QOL.az xəbər verir ki, bu gün 5 matç keçirilib.

“Leypsiq” Dortmund “Borussiya”sı ilə, “Köln” “Hoffenhaym”la heç-heçə edib. “Bavariya” evdə “Ayntraxt”a, “Union” “Bayer”ə, "Auqsburq" isə "Volfsburq"a qalib gəlib. 

Hazırda turnir cədvəlinə 60 xalla "Bavariya" liderlik edir. Dortmund "Borussiya"sı 52 xalla 2-ci, "Hoffenhaym" isə 46 xalla 3-cüdür.

Almaniya Bundesliqası, 23-cü tur

21 fevral

"Bavariya" – "Ayntraxt" - 3:2

Qollar: Pavloviç, 16. Keyn, 20; 68 – Burkardt, 77-pen. 

"Köln" – "Hoffenhaym" - 2:2

Qollar: Açe, 15. El-Mala, 63 – O.Kabak, 45. Kramariç, 60.

"Union Berlin" – "Bayer" - 1:0

Qol: Xedira, 28. 

"Volfsburq" – "Auqsburq" - 2:3

Qollar: Gerhardt, 41. Şioqal, 71 – Ribeyro, 59. Qreqoriç, 87-pen. Rexbeçay, 90+3.

"Leyptsiq" – "Borussiya" (Dortmund) 2:2

Qollar: Baumqartner, 20; 39 – R.Kardozo, 50-öz qapısına. F.Silva, 90+5.


Son xəbərlər
topaz banner