"Əfsuslar olsun ki, belə məğlubiyyət oldu. İstəməzdik. Böyük futboldur, istənilən oyunda belə nəticələr ola bilər".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qubrnaov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Nyukasl"la keçirilən görüşdən sonra mətbuat konafransında deyb.
O, 1:6 hesablı ağır məğlubiyyəti belə şərh edib: "Çempionlar Liqası başqa səviyyədir. Bəzən belə məğlubiyyətlər qaçılmaz olur. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldı. İlk qol, ikinci qol, penalti… Boks dilində desək, nokauta düşdük. Futbolçular özlərini ələ ala bilmədilər. Rəqibin gücü də burda önəmlidir. “Nyukasl” sürətli futbol oynayan komandalardandır. Fiziki, texniki, taktiki hazırlıqları yüksək səviyyədədir. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, sona kimi dəstək oldular. Bu, birliyimizi göstərir. Amma bu gün burda, bundan əvvəl Liverpulda böyük futbolun nə olduğunu gördük. Ruhdan düşmürük. İrəli pozitiv baxmalıyıq. Hər bir halda, futbolçular böyük yol gəldi, əziyyət çəkdilər. Azından fevrala kimi Çempionlar Liqasını hiss etdik. İnanıram ki, futbol Azərbaycanda bu il daha da populyarlaşdı. Dünya futbolumuzu daha yaxından tanıdı. İstəməzdik belə uduzaq, lakin bu məğlubiyyətlə barışmalıyıq".
Q.Qurbanov oyundan sonra futbolçuları ilə söhbətindən də danışıb: "Futbolçuları sakitləşdirdik, dedik soyuqqanlı olsunlar. Oyundan qopmalı deyildik. Belə məğlubiyyətlərdən sonra futbolçuları sakit olmağa çağırıram. Rəqibin gücünü bilirdik. Çalışırıq ki, onlara qarşı sona qədər mübarizə aparaq. Bəzən bu cür rəqiblər daha aqressiv, aktiv olurlar. Futbolçuların qərar verməsində gecikmələr olurdu".
Baş məşqçi çempionatda “Sabah”la vacib oyun ərəfəsində "Nyukasl"la cavab matçında rotasiyalar etməyi dünüşmədiyini bildirib: "Hələ İngiltərə cavab oyunu var. Onlar səhvləri bağışlamır, çox qol vurmaq istəyirlər. Ciddi rotasiyalar haqda düşünmürük".
Q.Qurbanov oyunda zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin əzələsi dartıldığını və durumuna sabah aydınlıq gələcəyini deyib.
Q.Qurbanov bu cür rəqiblərlə oyunların azarkeşlərdən tutmuş bütün futbol ictimaiyyətinə qədər hamıya təcrübə qazandırdığını qeyd edib: "Fikirlərim özümüzü siğortalamaq üçün deyil. Qəbul etməliyik ki, oyundan-oyuna səviyyə daha qalxır, rəqiblər ciddiləşir. Daha məsuliyyətli komandalar olur. Böyük klublarla oyunlarda belə hesabları gözə almalıyıq. Futbolumuzun inkişafı üçün risklərə getməliyik. Özümüzü böyük məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunu istəmiriksə, gərək 2-3 tur sonra məğlub olaq, deyək, böyük klublarla oynamırıq. Əvvəl bəlkə, 0:3-dən sonra azarkeşlərimiz stadionu tərk edirdi, amma bu gün fasiləyə qədər 0:5 geridə olsaq da, bizi dəstəkləməyə başladılar. Onlar da artıq səviyyəni qəbul edib. Hamımız üçün böyük təcrübə oldu".
"Qarabağ"ın çalışdırıcısı “Liverpul”la oyundan sonra demişdiniz ki, bir də bu rəqibə qarşı oynasaq, fərqli olar. Amma bu gün də “Nyukasl”la matçda güclü pressinq qarşısında nəsə edə bilmədiniz" fikrinə belə reaksiya verib: "Bu cür oyunlarda birdən-birə gedişatda nəsə dəyişiklik etməyə vaxtımız yox idi. Bu günə qədər etməmişdiksə, çətin olardı. Gərək 2-3 məşq bunun üzərində çalışaq. Vaxtımız yox idi. Həmişə çalışırıq ki, edə bildiklərimizi daha yaxşılaşdıraq. Bu gün rəqibin hər hücumu keyfiyyətli idi. İkinci hissədə fərqli oynadıq, amma qarşımızdakı komandaya görə oyunçularımızda həyəcan var idi".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib