Azərbaycan milli komandasının və “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Yeni klubun "Bakı"da işlərin necə gedir?
- Hazırda məzuniyyətdəyəm və istirahət edirəm. Həllik yeni klubumda futbolçu yoldaşlarımla görüşüm olmayıb, ancaq onların əksəriyyətilə çoxdan tanışlığım var. İnşallah, istirahətdən sonra klubun tərkibində bir yerə toplanıb söhbət edəcəyik.
- Yeni baş məşqçin Aleksandr Starkovla görüşüb söhbət etmisən?
- Telefon vasitəsiylə danışığımız olub, ancaq hələ şəxsən görüşməmişik. Mən də çox istərdim ki, şəxsi görüşümüz olsun. Lakin təssüflər ki ayağımdakı problem buna mane oldu. Birdə ki, Starkov oyun üslubuma yaxşı bələd olduğundan, bir futbolçu kimi bəyəndiyindən məni komandasında görmək istəyib. İnanıram ki, o, seçiminə görə peşman olmayacaq.
- Sabiq klubun”Qarabağ”Avroliqada uğurlu çıxışlarla özündən söz etdirmişdi. Səncə, bu il komanda həmin uğurları təkrar edə biləcək?
- Bəli, mən buna inanıram. Ən azı bu komandanın Avropada təcrübəsi var. Düşünürəm ki, məhz bu təcrübə onlara uğurlu çıxış üçün təkan olacaq. Ən əsas da klubun heyətində yetərincə texnikalı və sürətli futbolçu var ki. Tam səmimi deyirəm, mən ürəkdən onlara bu yolda uğurlar arzulayıram.
- Sabiq komandanla münasibətlərin necədir?
- Bilirsiniz bəzi insanlar fikirləşə bilər ki, Elvin bu klubdan gedəndən sonra onlarla kin saxlayır. Bu, qətiyyən belə deyil. Onların qazandığı uğurlu nəticələr məni niyə narahat etməlidir? Ən azı «Qarabağ» Azərbaycanın klubudur, onların hər bir uğuru bizim başımızın ucalığıdır. Hər bir futbol klubunun və ya futbolçunun qalibiyyəti və qazandığı pullar onun özünə məxsusdur, mənə deyil.
Heç kim məni klubdan qovmayıb ki, kin saxlayım, öz xoşuma getmişəm.”Qarabağ”ın heyətində çıxış edən futbolçuların hamısına böyük hörmətim var. Onlara dəstək olmağa da hər zaman hazıram.
- Milli komandanın Qazaxıstan və Almaniyaya qarşı matçlarında iştirak etmədin.
- “Qarabağ”ın axırıncı məşqində ayaq barmağımın qırılmağı məni yığmadan kənar qoydu.
Düzü, qazaxlarla oyunda məğlubiyyət gözləmirdim. Düşündüm ki, minimal hesabla da olsa qalib gələrik. Ancaq hər şey əksinə oldu, Əgər biz Almaniyaya qarşı sərgilədiyimiz oyunu qazaxlara qarşı da göstərsəydik, nəinki qələbə qazanacaqdıq, hətta minumum rəqib qapısından üç top keçirərdik. Həmin matçda çox zəif oynadılar. Demirəm ki, heyətdə Elvin ya Mahir oynasaydı, komanda qalib gələcəkdi, yox. Sadəcə, millimizin oyunçuları yaxşı oynamadı, bunu futbolçular özüdə deyir, bir-birimizlə söhbətdə də etiraf edirlər.
- Səncə, millinin uğursuzluğunun əsas səbəbkarı Berti Foqtsdur, yoxsa futbolçular ?
- Gerçəkliyi qəbul etmək lazımdır. Foqts çıxıb bizim yerimizə futbol oynayası deyil ki… Birinci gərək günahı özümüzdə axtaraq. Kimsə çıxıb Foqtsa görə oynamır. Hamı meydanda Azərbaycan futbolunu təmsil edir, onun uğuru naminə oynayır. Oyunlarımız alınmadı. Foqtsu günahlandırmaq düzgün olmazdı. Hər kəs bacarığını bütünlüklə meydanda qoymalıdı.
- Son günlər milli komandanın düşərgəsində qruplaşmalar yaranması haqda iddialar səslənir. Bildirilir ki, kimlərsə Foqtsun getməsi üçün bilərəkdən oynamır.
- Yox, bu heç də inandırıcı deyil. Əvvəla futbolçuların məşqçinin getməsinə qərar verməyə səlahiyyəti yoxdur, son sözü başda Rövnəq Abdullayev olmaqla, AFFA deyə bilər. Rövnəq müəllim isə Foqtsun işindən razı olduğunu dəfələrlə söyləyib.
Bir də ki, bizim futbolçularımızın belə addım atmalarına heç vaxt inanmaram. Milli komandada mən də varam, ancaq belə bir şeylə rastlaşmamışam. Bunlar boş söhbətdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi