Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah" səfərdə "Qəbələ"nin qonağı olub. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.
Litvalı mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib və turnir cədvəlində liderliyə yüksəlmələrinə baxmayaraq əsas diqqəti öz inkişaflarına yönəltdiklərini bildirib. O, həmçinin oyunun sonunda ləğv edilən qol epizodu və "Qarabağ"ın matçının təxirə salınması barədə sualları cavablandırıb:
"Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq."
Daxili çempionatdakı təxirəsalınmalar və "Qarabağ"ın Çempionlar Liqasındakı uğuru barədə Dambrauskas bunları qeyd edib:
"Bu, bizim səlahiyyətimiz daxilində olan məsələ deyil. Əsas hədəfimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən oxşar hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələləri keçirildiyi üçün bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm, çünki təqvimə nəzarət edən müvafiq qurumlar var.
"Neftçi" və "Qarabağ" köklü klublardır. "Qarabağ"ın vəziyyətini anlamaq olar, onlar tarixi bir uğura imza atıblar. Lakin belə məqamlarda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm, bunun üçün xüsusi qurumlar var və mən onların qərarlarına hörmətlə yanaşıram".
Hakimlik və VAR mövzusuna toxunan baş məşqçi texnologiyanın bəzən futbolun ruhuna təsir etdiyini bildirib:
"Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Bəzən lehinə, bəzən əleyhinə işləyir. "Sumqayıt"la matçda bizim iki qolumuzu ləğv etdilər. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf "Qəbələ" olacaqdı.”
Dambrauskas həmçinin Millətlər Liqasındakı Azərbaycan-Litva rəqabətini "maraqlı təsadüf" adlandırıb və hər iki komandanın qrupda əsas söz sahibi olacağını vurğulayıb:
"Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim "Çelye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir".(sportal.az)
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı