AZAL-ın baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Nazim müəllim, AZAL-la hələlik müqavilə bağlamamısınız. Məsələ nə yerdə qalıb?
- Yox, bağlamış kimi varam. Daha doğrusu, artıq müqavilə bağlamışıq.
- Yəni artıq rəsmi müqaviləyə imza atmısınız.
- Hə, imzaladıq.
- Maraqlıdır, rəhbərliklə neçə illik razılığa gəldiniz?
- 1 illik.
- Hazırlıqlarınız necə gedir?
- Yaxşıdır. Plan üzrə məşqlərimizi davam etdiririk. Bu gün milli komandanın tələbələri ilə yoxlama oyunu keçirəcəyik.
- Nə vaxta kimi ölkəmizdə məşq edəcəksiniz?
- Püşkatmaya kimi Azərbaycanda qalacağıq. Avroliqadakı ilk oyunumuzun səfərdə və ya evdə olmasından asılı olaraq, toplanışın ikinci mərhələsi üçün ölkə xaricinə yolanacağıq.
- Təlim-məşq toplanışının ikinci mərhələsi üçün hansı ölkəyə yollanmağı düşünürsünüz?
- Hazırda bir neçə variant var. Bu, Türkiyə, Avstriya və ya Latviya da ola bilər.
- Artıq transfer “pəncərəsi” açıldı. Yəqin ki, yeni oyunçular olacaq. Maraqlandığınız futbolçular varmı?
- Əlbəttə, olacaq. Artıq təlim-məşq toplanışımızda yeni futbolçu var. Serbiyalı hücumçu Vladimir Jilas baxışdadır.
- Deyilənə görə, yeni futbolçuların gəlişində problem yaranıb. Ölkəmizə gəlmək üçün viza ala bilmirlər.
- Bəli, doğrudur. Baxışa dəvət etdiyimiz oyunçulardan bəziləri viza məsələsinə görə gələ bilmirlər.
- Bu futbolçuların adlarını çəkə bilərsiniz?
- Yox, hələ tezdir.
- Söz-söhbət gəzir ki, AZAL-da maliyyə böhranı hökm sürür. Elə bu səbəbdən də Nuqzar Kvirtiya ilə yollarınızı ayırdınız.
- Başa düşmədim, Nuqzarın getməsinin məsələyə nə dəxli var?
- Mətbuatda yazılanlara görə, gürcü legioner yeni müqavilə imzalamaq üçün 80 min dollar tələb edib. Buna görə də komandadan kənarlaşdırılıb.
- Xeyr, düzgün informasiya deyil. Onu kim deyibsə, səhv edib. Bizdə heç bir maliyyə problemi yoxdur. Hər şey normal, qaydasındadır.
- Zohair Benuahi Bakıya gec gəldi. Deyəsən futbolçu AZAL-da qalmaq istəmir.
- Zohairin komandada qalıb-qalmamağı məndən yox, rəhbərliklə öz aralarındakı söhbətdən asılıdır.
- Siz Benuahinin komandada qalmağını istəyirsiniz?
- Onun klubla müqaviləsi var. İndi özü bilər, qalar və ya gedər. Biz heç kimi məcbur eləmirik.
- İyunun 20-də püşkatma olacaq və Avroliqanın birinci təsnifat mərhələsindəki rəqibiniz müəyyənləşəcək. Bu barədə nə deyə bilərsiniz?
- Vallah, nə deyim. Bizim məqsədimiz Avroliqaya vəsiqə qazanmaq idi ki, bunu da bacardıq. Bundan sonra isə Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. İstəyirik ki, üzüağ olaq. Yaxşı oynayaq, xallar toplayaq və bacardığımız yerə qədər irəliləyək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi