“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandanın uğurları üçün çalışacaq.
25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”