“Liverpul”un baş məşqçisi Arne Slot komandanın cinah hücumçusu Məhəmməd Salahın son oyunlardakı çıxışı barədə danışıb.
Qeyd edək ki, misirli futbolçu Afrika Millətlər Kubokundan qayıtdıqdan sonra ilk qolunu Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ”a qarşı keçirilən
oyunda (6:0) vurub.
QOL.az klubun saytına istinadən xəbər verir ki, niderlanlı mütəxəssis deyib:
“Məncə, hər şey həmişə komandadan asılıdır. Çünki ona (Salaha - red.) meydanda uyğun mövqelər yaratmaq lazımdır. Biz bunu getdikcə daha tez-tez edirik - təkcə onunla yox, digər oyunçularla bağlı da. Mən bunu dəfələrlə demişəm: cərimə meydançaları arasındakı oyunumuz kifayət qədər yaxşıdır ki, hücumçularımız tez-tez düzgün mövqelərdə olsunlar. Əgər bu, yetərincə tez-tez baş verərsə, oyunçularımız onlardan gözlədiklərimizi edəcəklər, çünki onların ustalıq səviyyəsi çox yüksəkdir.
Siz Salah haqqında danışdınız, amma Florian Virts də yaxşı nümunə ola bilər. O, “Bornmut”la oyunun bitməsinə üç dəqiqə qalmış “Qarabağ”la matçda ikinci qolu vurduğu epizoddakı ilə eyni mövqedə idi. “Bornmut”la görüşdə o, ara ötürməsi verməyi seçmişdi, bu dəfə isə fürsətindən istifadə edərək qol vurdu. Futbol bəzən belə işləyir. Top dirəyə və ya tirə dəyir, səhv qərar verirsən və ya icra ideal olmur. Amma Mo üçün çox sevindim ki, bu qolu vurdu. Çünki düşünürəm ki, bu klub üçün nə qədər qol vurmasından asılı olmayaraq, bombardirlər siyahısında yer almaq həmişə xoşdur. Bu, həm Federiko Kyeza, həm də Florian üçün belə idi. Bu, komandaya və ayrı-ayrı oyunçulara həmişə əlavə inam verir”.
Cari mövsümdə Məhəmməd Salah bütün turnirlərdə “Liverpul”un heyətində 23 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib