"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun və pley-offa adlamaqları barədə danışıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi matçda uduzsa da (0:6), turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.
Q.Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında görüşü və komandasının keçdiyi yolu dəyərləndirib: "Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyətə uğradıq. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. 8 oyunu analiz etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-off mərhələsinə yüksəlməyi haqq etdilər. Əlbəttə ki, bu gün daha yaxşı oynaya bilərdik. Bu, bizim oyunumuz deyil. Biz daha yaxşı komandayıq. Hər bir halda layiqli məğlub olduq və layiqli də pley-offa yüksəldik. Futbolçularımı və xalqımı təbrik edirəm. Çox gözəyirdilər ki, pley-offa adlayaq. Get-gedə oyunlar qəlizləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük oyunlar gözləyir. Çalışırıq ki, qarşıdakı matçlara daha düzgün hazırlaşaq. Həm Arne Slotu, həm də komandasını 1/8 finala yüksəlməkləri münasibəti ilə təbrik edirəm. Onlara uğurlar arzulayıram".
O, pley-offdakı potensial rəqibləri PSJ və "Nyukasl"ın özünəməxsus oyun üslubuna malik komandalar olduqlarını deyib: "Sadəcə gözləyəcəyik. Hər ikisinin özünəməxsus oyun üslubu var. Hansı komanda düşsə, daha diqqətli və ciddi hazırlaşmağa çalışacağıq".
Q.Qurbanov sonda "Əgər bu məğlubiyyətdən bir dərs çıxarmaq lazım gələrdisə, komanda üçün bu, hansı dərs olardı" sualını cavablandırıb: "Belə oynamamaq. Daha yaxşı oynamaq. Amma mən futbolçularımı çox gözəl başa düşürəm. 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan matçlarda çox enerji sərf etmişdilər və cəsarətli olmuşdular. Sadəcə bəlkə də futbolçularda arxayınlıq var idi ki, 90-95 faiz pley-offu təmin etmişdik. Hər bir halda bu stadionda oynamaq fərqli, çətin idi. Düşünürəm ki, bir də "Liverpul"la oynamaq şansımız olsa, bundan daha yaxşı çıxış edəcəyik. Bundan əminəm. Futbolçularla da paltardəyişmə otağında söhbətimiz oldu ki, biz bundan daha yaxşı oynamağı bacararıq və layiqik. Özləri də bunu qəbul edirlər".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib