Milli komandamız və “Qarabağ”ın futbolçusu Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Üstündən bir neçə gün keçməsinə baxmayaraq, milli komandamızın Qazaxıstan kollektivinə məğlubiyyəti hələ də əsas müzakirə obyekti olaraq qalır. Həmin görüşün iştirakçısı kimi, sən bu barədə nə deyə bilərsən?
- Oyuna həqiqətən çox hazırlaşmışdıq. 15 gün əvvəlcədən məşqlərə başladıq. Bizim üçün ən vacib, xal götürəlisi oyun idi. Minimum heç-heçə eləmək mümkün idi. Ancaq bu qədər məşqin qarşılığında ortaya heç nə qoya bilmədik. Ən zəif oyunumuzu oynadıq. Bu da, nəticəyə öz təsirini göstərdi.
- Səncə, millimizin zəif çıxışı nə ilə əlaqədar idi?
- Vallah, nə deyim. Alınmadı da. Futboldur, hər şey ola bilər. Birinci hissədə heç nə ilə yadda qalmadıq. İkinci yarıda isə hesabı bərabərləşdirdikdən sonra, qələbə topunu vurmaq üçün irəliyə atıldıq. Ancaq öz qapımızda qol gördük. Ümumi götürəndə komandanın oyunu alınmadı. Heç kim yaxşı çıxış eləmədi.
- Bəlkə matça həddindən artıq arxayın çıxmışdınız?
- Yox, arxayınçılıq yox idi. Əksinə, görüşə həddindən çox motivasiya olmuşduq. Qələbə qazanacağımıza çox inanırdıq.
- Qazaxlara qarşı süni meydançada oynadın. Matçdan sonra özünü necə hiss edirdin. Ayağında ağrı var idi?
- Əlbəttə, süni meydançada oynamaq mənə əlavə çətinliklər yaratdı. Ayağımda ağrılar başladı. İndi də ağrı hiss eləyirəm. 15 günlük məşq prosesində də süni örtükdə hazırlaşdıq. Həkimlər icazə vermirdilər sünidə oynamağıma. Ancaq neyniyim, Azərbaycanın uğuru üçün hamımız fədakarlıq göstərməliyik.
- Məğlubiyyətlə yanaşı, matçdan sonra millimizin bəzi üzvlərinin hərəkətləri, açıqlamaları da tənqid olundu. Onların arasında sənin də adın hallanırdı.
- Vallah, mənə sualı pis verdilər. Soruşdular ki, bu, sənin üçün utancvericidir. Niyə utancverici olur ki. Düzdür utanıram, yaxşı oynamadıq, qazaxlara məğlub olduq. Amma bu idmandır. Biri udar, biri uduzar. Burda heç bir problem yoxdur. Həmin oyunda həqiqətən də zəif oynadıq. Ancaq bunu həddindən artıq şişirtmək lazım deyildi. Biz pis olmuruq? Biz də fikirləşirik də. 10 gün, 20 gün. Hara kimi davam etməliyik? Açığı, qazaxlara məğlubiyyəti unudub, Almaniya millisinə qarşı oyuna motivasiya olmağa çalışırdıq.
- Həmin oyunla bağlı nə deyə bilərsən?
- Qazaxıstan yığmasına qarşı da bu oyunu oynasaydıq, onlara ən azı 3 top vurardıq. Amma həmin görüşdə bizdə heç nə alınmadı. Almaniya millisinə qarşı isə elə oynadıq ki, sanki biz almanlar, almanlar isə biz idi. Amma sonradan almanlar öz oyunlarını oynamağa başladılar. Bizim üçün çətin oldu.
- Yığma komandamızda start heyətdə meydana çıxan futbolçuların əksəriyyəti “Qarabağ”ın üzvləridir. Ancaq nədənsə bu futbolçular Ağdam klubundakı oyunu millidə sərgiləyə bilmir.
- Ola bilsin ki, bu taktika ilə bağlıdır. Çünki hərəsinin öz sistemi, oyun taktikası var.
- Sənə hansı daha rahatdır, Qurban Qurbanovun, yoxsa Foqtsun başçılığı altında oynamaq?
- Mən futbolçuyam. Fərqi yoxdur, hansı sistemi deyirlər, oynayıram. Mən deyə bilmərəm ki, bu sistemdən razıyam, digərindən narazı.
- Milli barədə bəsdi. Bir az da “Qarabağ”dan danışaq. Ağdam klubu ilə müqaviləni daha iki il artırdın. Başqa komandalardan təklif var idi?
- Premyer Liqada çıxış edən iddialı klubların demək olar ki, hamısından təklif aldım. Ancaq Azərbaycanda qalası olsam, ancaq “Qarabağ”ın formasını geyinəcəm.
- Bəs ölkə xaricindən necə?
- Hə, təkliflər var idi. Ancaq Bank Asya klubları idi. Düşündüm ki, gedib orda oynamaqdansa, “Qarabağ”da qalıb, Avrokuboklarda çıxış edərəm. Ancaq ölkə xaricindən yaxşı təklif alsam, gedəcəm.
- Qazaxıstan millisi ilə oyunda “Qarabağ”ın aparıcı hücumçusu Rauf Əliyev zədələndi və Avroliqanın təsnifat mərhələsində komandaya kömək edə bilməyəcək. Belə olan halda sənə bir qədər çox yük düşəcək.
- Raufun yoxluğu bizə əlavə çətinliklər yaradacaq. “Qarabağ”ın qol silahlarından biri idi. Ancaq özləri bilərlər. İstəsələr, əlavə bir hücumçu alarlar. Almazlarsa, ya Adamiya, ya da Vüqar Nadirov bu mövqedə çıxış edə bilər.
- Uzunmüddət zədəli oldun və futboldan kənarda qaldın. Hazırda özünü ideal formada görürsən?
- Əlbəttə, yox. Bir az daha vaxt lazımdır. İnanırsınız, hələ də ağrılarım var. Həm süni, həm də təbii örtükdə oynamaq çox çətindir. Hələ tam özümə gəlməmişəm. Elə adam var ki, belə zədədən sonra uzun müddət oynaya bilmir. Şükürlər olsun, mən azdan-çoxdan oynayıram. Türkiyədəki hazırlığı yüksək səviyyədə keçirib, Avroliqada əvvəlki oyunu tapacağıma inanıram.
- Artıq iki ildir ki, ölkəmizi avrokuboklarda layiqincə təmsil edirsiniz. Yəqin bilirsiniz də, bu il xalqımız sizdən ən azı qrup mərhələsinə düşməyi gözləyir.
- Biz hər şeyi gözəl başa düşürük. İnanıram ki, bu il daha da irəli gedib, qrup mərhələsinə düşəcəyik. Çünki bunu çox istəyirik.
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib