“Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində 5 itki var.
QOL.az bu barədə “The Standard” nəşrinə istinadən yazır.
Bildirilir ki, “Liverpul” ötən həftəsonu daha bir zədə zərbəsi alıb. “Bornmut”la Premyer Liqa oyununda (2:3) qapıçı Alissonla toqquşmadan sonra Co Qomez zədələnərək meydanı tərk etməyə məcbur olub. Baş məşqçi Arne Slot matçdan sonra mərkəz müdafiəçisinin “Qarabağ”la matçda iştirakı ilə bağlı dəqiq proqnoz verməyib.
Slot görüşdən sonra bildirib: “Co-nun iki və ya üç günə məşqlərə qayıdıb-qayıtmayacağını bilmirəm, bunu demək mənim üçün çətindir. Amma bu gün davam edə bilməyəcəyi aydın idi”.
İbrahima Konate atasının vəfatı səbəbindən hələ də komandadan kənarda qaldığı üçün Slot bu oyun üçün cəmi bir əsas mərkəz müdafiəçisinə sahibdir – komandanın kapitanı Vircil van Deyk.
Bu, Slot üçün müəyyən müsbət məqam sayılsa da, çərşənbə günü keçiriləcək oyunda müdafiə xəttində məcburi dəyişikliklər qaçılmaz görünür. Belə ki, Covanni Leoni və Konor Bredli də zədəlidir.
Federiko Kyezanın da durumu sual altındadır. Onun “Bornmut”la oyunda iştirakı “50/50” şans kimi dəyərləndirilsə də, matçın iştirak ərizəsinə salınmamışdı.
Qeyd edək ki, UEFA Çempionlar Liiqasının “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə yanvarın 29-su, saat 00:00-da başlanacaq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi