"Qalatasaray" klubu transfer çalışmalarını sürətləndirib. İstanbul nəhəngi Madrid "Atletiko"sunun argentinalı yarımmüdafiəçisi Tiaqo Almadanı heyətinə qatmağa çox yaxındır.
QOL.az "FootMercato"ya istinadən xəbər verir ki, "sarı-qırmızılar" 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə rəsmi təklif göndərib. İstanbul klubu Almadanı icarəyə götürmək üçün 3 milyon avrodan çox təzminat ödəməyə və onun maaşını tam qarşılamağa hazır olduğunu bildirib. Hazırda tərəflər arasında müzakirələr gedir.
Məlumata görə, Almada özü də karyerasını Türkiyədə davam etdirməyə maraq göstərir. Argentinalı ulduzun "Qalatasaray"ın baş məşqçisi Okan Burukla şəxsən danışdığı və keçidə ilkin razılıq verdiyi vurğulanır. Bu fakt transferin reallaşma ehtimalını əhəmiyyətli dərəcədə artırıb.
Qeyd edək ki, Tiaqo Almada cari mövsüm Madrid təmsilçisinin heyətində 19 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarket" portalı gənc oyunçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı