“Adam bilmir fikrini necə ifadə eləsin. Möhtəşəm oyun oldu, möhtəşəm hisslər keçirdik. Düşünürəm ki, tarixi qələbə qazandıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, azarkeşlərin qələbədə xüsusi pay sahibi olduqlarını bildirib: “İnşallah, pley-offa çıxmaq şansımız yüksəkdir. Mərhələ adlasaq, bu qələbənin əhəmiyyəti daha da böyük olacaq. Son dəqiqə qolu ilə qalib gəlməyimiz oyuna xüsusi rəng qatdı. Qələbə ilə xalqımızı sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Hava soyuq olsa da, dəstək möhtəşəm idi. Sanki hamı hiss edirdi ki, sonda qol vurub qələbə qazanacağıq”.
“Adətən sona qədər mübarizliyinə görə bu ölkənin millisinə və klublarına “Alman maşını” deyirlər. Demək olar ki, “Qarabağ” “Ayntraxt”ı “öz silah”ı ilə vurdu?” sualını Qurbanlı belə cavablandırıb: “Bəli, bütün komanda xarakter göstərdi. Hamı sona qədər döyüşdü. Hər kəs bütün gücünü meydanda qoydu. Belə olanda qalibbiyyət daha şirin olur. Şükürlər olsun Allaha, möhtəşəm qələbə qazandıq. Ümid edirik ki, ardı gələr və pley-offa adlayarıq”.
“Qarabağ”ın forvardı klubun qazandığı uğurların səbəbini də açıqlayıb: “Öz komandamızla, ölkəmizlə, kollektivimizlə qürur duyuruq. Biz bir ailə kimiyik. Qələbələrimizin, uğurlarımızın arxasında da duran ən böyük səbəb budur – bir olmağımız, ailə olmağımız, döyüşkənliyimiz. Bu cür komandalara ancaq ürəklə qalib gələ bilərsən”.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda