“Mançester Siti” klubunun futbolçuları azarkeşlərinə jest ediblər.
QOL.az “Manchester Evening News” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçuları Çempionlar Liqasının 7-ci turunda Norveçdə “Bodo Qlimt”ə 1:3 hesabı ilə uduzduqları oyunda şaxtalı havaya baxmayaraq komandanı tək qoymayan azarkeşlərin bilet pullarını geri qaytarmaq qərarına gəliblər.
Komandanın futbolçuları uğursuz keçən səfər matçından sonra azarkeşlərə müraciət ediblər:
“Azarkeşlərimiz bizim üçün hər şeydir. Bizi həm evdə, həm də səfərdə dəstəkləmək üçün dünyanı gəzən azarkeşlərimizin hansı fədakarlıqlar etdiyini bilirik və bunu heç vaxt adi hal kimi qəbul etmirik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Başa düşürük ki, bizim üçün çətin keçən həmin axşamda, şaxtalı havada bizi dəstəkləmək üçün uzun yol qət etmişdilər. Bodo şəhərinə gələn azarkeşlərin bilet pulunu geri qaytarmaqla onlara kiçik də olsa dəstəyimizi göstərmək istəyirik ”.
Nəşrin məlumatına görə, futbolçular azarkeşlərə ümumilikdə 9357 funt sterlinq (təxminən 10 760 avro) məbləğində ödəniş edəcəklər.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"