Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli geridə qalan 2025-ci il haqqında danışıb.
28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində ötən il yaxşı təcrübə qazandığını deyib:
"2025-ci il ümumilikdə maraqlı il oldu. Böyük futbol adamları ilə işlədim, yaxşı təcrübə qazandım. Ümumilikdə 2025-ci ili enişli-yoxuşlu il kimi görürəm, amma uğursuz il saymaq istəmirəm. Son bir neçə ayı uğursuz olaraq dəyərləndirmək olar. Özümdən asılı olmayan səbəblərə görə oynamadım və təbii ki, zədə öz sözünü dedi. Lakin dediyim kimi, hər il bizi böyüdür, daha da təcrübəli edir. Həm şəxsi həyatımızda, həm futbolda ildən-ilə böyüyürük. Uğursuzluqlar da olur, yaxşı günlər də.
Ümumi götürəndə təbii ki, qazandığımız hər şey bizi böyütməli və irəliyə aparmalıdır. İstər məğlubiyyətlər, istərsə də qələbələr. Düşünürəm ki, 2025-ci ildən dərs çıxardım. Ümid edirəm ki, 2026-cı il zədəsiz keçirərəm və hər birimiz - xalqımız, idmançılarımız üçün yaxşı bir olar".
Qeyd edək ki, Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk