Milli komandamızın və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Yenicə başa çatan mövsümü “Qarabağ” üçün uğurlu saymaq olar?
- Məncə, mövsüm pis keçmədi. Uğurlu da olmasa, normal saymaq olar.
- Ümumiyyətlə, ardıcıl bir neçə mövsümdür ki, “Qarabağ” qarşıya çempionluq yox, avrokuboklara düşməyi hədəf qoyur. Səncə, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən, kifayət qədər inamlı təsir bağışlayan bir komandanın qarşısına belə bir məqsəd qoyması nə dərəcədə düzgündür?
- Yox, mən belə deməzdim. Bizim qarşımıza da çempionluq və ölkə kubokunu qazanmaq qoyulmuşdu. Əlimizdən gələni etdik. Ancaq alınmadı. İnşallah, gələn mövsüm çalışacağıq ki, daha da yüksək yerlər uğrunda mübarizə aparaq. Avrokuboklara düşmək isə bizim üçün minimum vəzifə hesab olunurdu. Yəni, ən azından Avropa Liqasına vəsiqə qazanmalı idik ki, bunun da öhdəsindən gəldik.
- Sənin də dediyin kimi, komandanız minimum vəzifənin öhdəsindən gəldi. Bu il avrokuboklarda “Qarabağ”dan nə gözləyirsən?
- Artıq 2 ildir ki, “Qarabağ” beynəlxalq arenada yaxşı nəticələr əldə edir. Bu il də diqqətimizi tamamilə Avroliqaya yönəltmişik. Yenə azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, bu dəfə daha çox mərhələ keçib, qruplara düşmək arzusundayıq. Bunun üçün də hər şeyə ciddi yanaşırıq.
- Qazaxıstanla oyunda milli komandamız 3 xalla yanaşı, “Qarabağ”ın aparıcı hücumçusu Rauf Əliyevi də itirdi. Raufun olmaması qarşıdakı oyunlarda sizə nə kimi çətinliklər yarada bilər?
- Əlbəttə, keçən il olduğu kimi, bu dəfə də zədəlilərin çoxluğu komandaya mənfi təsir göstərəcək. Yadınızdadırsa, keçən il Əfran İsmayılov oxşar hadisə ilə üzləşmişdi. Ümid edirəm ki, Rauf tezliklə zədəsini sağaldıb, düşərgəmizə qayıdar. Yəqin ki, rəhbərlik, məşqçilər Raufun zədəli olmasını nəzərə alıb, bunauyğun addım atacaqlar.
- Yəni deyirsən ki, “Qarabağ”a əlavə hücumçu lazımdır?
- Əlbəttə. Əgər Raufun zədəsi tez sağalmasa və avrokubok oyunlarında bizə kömək edə bilməsə, komandaya əlavə yaxşı hücumçu lazımdır.
- Boyan Pavloviçin gəlişindən sonra “Qarabağ”da ikinci plana keçdin və ehtiyatda qalmağa başladın. Bu azmış kimi, millidə də eyni aqibəti yaşadın. Yəqin sən də razılaşarsan ki, bu gün yığma komandada meydana çıxa bilməməyin, klubunda ehtiyatda qalmağınla əlaqəlidir.
- Bəli, fikrinizlə razıyam. Bundan əvvəl milli komandamızın baş məşqçisi Berti Foqtsla söhbət edəndə, mənə demişdi ki, təcrübəli qapıçısan, sənə oynamaq lazımdır. Hətta Foqts bildirmişdi ki, əgər öz komandanda ehtiyatda qalırsansa, onda klubunu dəyiş. Çünki milliyə lazımlı qapıçısan.
- Foqtsun dediklərinə əməl edəcəksən?
- “Qarabağ”la 1 illik müqaviləm var. Klub rəhbərliyi ilə danışdım, ancaq onlar məni buraxmaq istəmədilər. Ona görə də bu il çalışacağam ki, əsas heyətdəki yerimi bərpa edim.
- Bildiyimizə görə, Türkiyənin aşağı dəstəsində çıxış edən klublardan bir neçəsi səninlə yaxından maraqlanırdı. Məsələ nə yerdə qaldı?
- Hə, iki klub var idi. Bu barədə mənə menecerim məlumat vermişdi. Ancaq mən ona dedim ki, hazırda “Qarabağ”la müqaviləm var. Gələ bilmirəm. Gəlsinlər, klub rəhbərliyi ilə danışsınlar. Rəhbərlik icazə versə, mənim üçün problem yoxdur. Gəlib, oynayaram. Danışıqlar oldu. Amma “Qarabağ” rəhbərliyi məni satmaq istəmədiyi üçün yarımçıq qaldı.
- Başqa hansı klublardan təklif almısan?
- Azərbaycan klublarının heç birindən təklif almamışam.
- İndi isə gələk milli ilə bağlı suallarımıza. Üstündən bir neçə gün keçsə də, Qazaxıstan millisinə məğlubiyyət heç vaxt unudulmayacaq.
- Doğrudan da, milli komanda Qazaxıstanda zəif çıxış elədi. Həmin oyunu udmaq lazım idi. Düzdür, adama çox ağır gəlir. Qarşıda bir neçə oyunumuz var. Bunlardan biri də evdə qazaxlara qarşı olacaq. İnşallah, Qazaxıstanı məğlub edib, Avstriya və Belçika kollektivlərindən xal almaqla, azarkeşlərimizi sevindirəcəyik. Almaniya ilə oyunda futbolçularımız sübut elədi ki, istənilən rəqibə qarşı oynamaq olar.
- Almaniya ilə görüşdən söz düşmüşkən, həmin oyunu qazaxlarla matçda da sərgiləmək olmazdı? Bizcə, onda nəticə də fərqli olardı.
- Əlbəttə, tamamilə razıyam. Orada belə oynasaydıq, hər şey başqa cür olardı. Ancaq, nədənsə, komanda səfərdə evdəki kim oynaya bilmir. Səfər oyunlarında uğursuzluq sindromumuz var. Neçə ildir, bundan yaxa qurtara bilmirik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi