"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superkubokunun finalında "Fənərbaxça"ya uduzduqları (0:2) matç barədə danışıb.
QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər iki komanda meydana bənzər planla çıxıb:
"İlk qol "Fənərbaxça"nı həm hesab, həm də özünəinam baxımından üstün etdi. Biz bu özünəinami oyunun ümumi gedişində ortaya qoya bilmədik. Bu stadionda, külək və yağış şəraitində topa toxunuşlarımız və idarəmiz çox pis idi. İlk hissədə öz səviyyəmizdən aşağı oynadıq".
İkinci yarıda taktiki dəyişikliklərdən danışan Buruk qeyd edib: "Sarı vərəqəsi olan Davinson Sançezi çıxarıb Mario Leminanı stoper mövqeyinə çəkdik. İkinci qolu çox erkən buraxdıq. Sonra rəqibin cərimə meydançasına yaxın oynasaq da, fərq yarada bilmədik. Bu gün qalib olmağı haqq edən biz deyildik. Rəqibimizi təbrik edirəm".
O, Buruk azarkeşlərə təşəkkür etməyi də unutmayıb: "Bu şəraitdə, yağış və külək altında bu stadionu dolduran azarkeşlərimizə minnətdaram. Onlara kuboku hədiyyə edə bilmədiyimiz üçün üzr istəyirəm. Amma yaxşı komandamız və oyunçularımız var. Türkiyə kuboku, Superliqa və Çempionlar Liqasında daha güclü şəkildə dönəcəyik".
Baş məşqçi Superliqada çempion olacaqlarına inandığını da vurğulayıb: "Heç nə dəyişməyəcək. Yenə də çempion biz olacağıq. Komandama və oyunçularıma güvənirəm. Bu yarışa başlayırıq və mövsüm sonunda çempionluğu yenə birlikdə qeyd edəcəyik".
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje