«Bakı»nın sabiq yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- “Bakı”nı tərk etmisən. Futbolçu karyeranı davam etdirəcəksən?
- Əlbəttə, davam etmək fikrindəyəm. Düşünürəm ki, hələ yetərincə gücüm var və oynayacağım komandaya öz töhfəmi verə bilərəm. Daxilimdə də futbola qarşı böyük sevgi olduğundan, hələ karyeramı başa vurmaq haqqında düşünmürəm.
- Deyilənə görə, “Gəncə” ilə müqavilə imzalamağa hazırlaşırsan.
- Hamı məni ora «göndərir», ancaq özüm hələ gedib çıxmamışam. Bilirsiniz, hələ real bir şey yoxdur, sadəcə, danışıqlar gedir. Düşünürəm ki, yaxın zamanlarda hər şeyə aydınlıq gələcək. Hələ müqavilə bağlayacağıma dair bir xəbər yoxdur. Ola bilsin, başqa klublardan gələn təklifləri dəyərləndirim.
- Səncə, bu mövsüm “Bakı”nın uğursuz çıxışına səbəb nə idi?
- “Bakı” klubu artıq mənim üçün keçmişdə qaldı. Mən artıq oradan ayrılmışam, öz yoluma davam edirəm. Ancaq bir şeyi deyə bilərəm ki, komandada özündən razı futbolçular çoxluq təşkil edirdi. Əlbəttə, bu da nəticəyə öz mənfi təsirini göstərməliydi. Çoxları deyir ki, guya baş məşqçi Starkovla münasibətlərimin pis olması səbəbindən klubdan ayrılmışam. Ancaq bu, belə deyil. Onunla münasibətlərim yaxşıydı. Bir də mütəxəssis kimi də bəyənirdim, hər şeyə fikir verən məşqçidir. Hiss olunurdu ki, işləmək istəyir.
- Əvvəl belə bir fikir var idi ki, sən «Bakı»da qalıb məşqçi işləyəcəksən. Ancaq klubu tərk etməli olduq.
- Ola bilsin ki, kimsə nəsə desin, ancaq mənə bununla bağlı konkret bir təklif gəlməmişdi. Təklif olsaydı fikirləşərdim. Komandadan ayrılmağım isə, normal bir şeydir.
- Azərbaycan millisinin son iki matçını izləmisən. Fikirlərin necədir?
- Qazaxlarla oyundan heç razı qalmadım. Çünki mən elə bilirdim ki, millimiz mütləq qələbə qazanacaq. Buna nəinki mən, bütün futbol azarkeşləri inanırdı. Hətta ən azı heç-heçə ilə dönə biləcəyimizi düşünürdüm. Ancaq nəticə bizi çox məyus elədi. Uduzmağımıza isə arxayınçılıq səbəb oldu. Özümüzü onlardan bir baş üstün gördük. Bu da meydanda sona qədər aqressiv mübarizə aparmağımıza mane oldu. Mən hər zaman demişəm ki, kimin güclü, kimin zəif olduğu 90 dəqiqə ərzində meydanda bilinir. Almaniyaya qarşı əzmkar mübarizəni Astanada da aparsaydılar, yəqin ki üç xalla qayıdardıq. Almanlara qarşı oyunda məğlub olsaq belə, çox bəyəndim. Arif İsayev və Murad Hüseyinovun çıxışlarını xüsusi qeyd edərdim.
- Səncə, Berti Foqts Azərbaycanda qalıb işləməlidir, yoxsa istefaya göndərilməlidir?
- Qalmalı və ya getməlidir, bu qərarı yalnız AFFA rəhbərliyi verməlidir.Mən belə başa düşürəm ki, məşqçi kim olursa-olsun, futbolçu öz oyununu oynamalıdır. Çünki o tək özünü deyil, xalqını təmsil edir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi