Qarşıdan gələn Dünya Çempionatında ofsayd qaydaları ilə bağlı hər hansı yumşalma tətbiq olunmayacaq.
QOL.az xəbər verir ki, mundialda İngiltərə Premyer Liqasında istifadə edilən 5 santimetrlik “güzəşt zonası” qüvvədə olmayacaq.
"The Athletic"in məlumatına görə, İngiltərə çempionatında 2021/22 mövsümündən bəri ofsayd xətləri çəkilərkən daha qalın xətlərdən istifadə olunur. Bu, şübhəli məqamlarda qərarın hücumçunun xeyrinə verilməsini təmin edir. Məsələn, "Liverpul"un "Fulhem"lə son oyununda Florian Virtsin vurduğu qol məhz bu 5 santimetrlik limit sayəsində qeydə alınmışdı. Lakin Dünya Çempionatında bu cür incə məqamlarda güzəşt edilməyəcək.
Bundan başqa, FİFA-nın ofsayd qərarlarının dəqiqliyini artırmaq üçün yeni texnologiyadan istifadə edəcəyi bildirilir. Qurum turnirdə iştirak edən bütün futbolçuların 3D modellərini yaradacaq ki, bu da oyundankənar vəziyyətlərin millimetrik dəqiqliklə təyin edilməsinə imkan verəcək.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı