Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli klubdakı gələcəyi və baş məşqçi Torsten Liberknextlə münasibətindən danışıb.
28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində Almaniya təmsilçisindəki hər kəslə münasibətlərinin yaxşı olduğunu deyib:
"Təkcə baş məşqçi ilə yox, klub rəhbərliyi, bütün məşqçi heyəti və komanda yoldaşlarımla münasibətim yaxşıdır. Çox xəbərlər yazıldı. Amma heç biri tam olaraq həqiqəti əks etdirmirdi. Buna görə də yazılanlara, bildirilən fikirlərə o qədər də önəm vermədim. Hər kəs ən az mənim qədər məyus oldu. Hər zaman danışdığımız budur ki, zədəmi tez bir zamanda sağaldım və yenidən komadaya qoşulum".
O, "Kayzerslautern"dən ayrılacağına dair yayılan xəbərlər haqda da fikirlərini bölüşüb: "Klubu tərk edəcəyim barədə də məlumatlar yayılıb. Təbii ki, transfer dönəmində bəzən elə olur ki, futbolçunun özündən asılı olan və ya olmayan səbəblərdən bir anda transfer gerçəkləşə bilir. Amma nə klub, nə də mənim tərəfimdən belə bir düşüncə yoxdur. Mənə bildirildi ki, tez bir zamanda zədəmi sağaldıb komandaya qoşulmağımı, oynamağa başlamağımı istəyirlər və gözləyirlər".
Qeyd edək ki, Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. O, artıq fərdi məşqlərə başlayıb. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk