“Mən hər şeyə geniş prizmadan baxıram. Klubun sistemi, baş məşqçinin ideyaları və futbolçu keyfiyyəti üst-üstə düşməlidir. Karyeramın ən yaxşı oyunlarını məhz ‘Qarabağ’da keçirdiyimə inanıram”.
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç "Mozzart Sport" portalına açıqlamasında deyib.
Futbolçu bildirib ki, klub onu Monteneqro millisində çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. Yankoviç deyib ki, həmin vaxtdan ‘Qarabağ’ın ciddi sistemi və prinsipləri olan klub olduğunu bilib.
Monteneqrolu yarımmüdafiəçi baş məşqçisi Qurban Qurbanov haqqında isə yüksək fikirlər səsləndirib: “Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir. ‘Qarabağ’ hər kəs üçün olan bir klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.
Nəşr yazıb ki, doğma şəhəri uzun müddət işğal altında olduğu üçün ev oyunlarını Bakıda keçirən “Qarabağ” Avropa matçlarında 30 mindən çox azarkeş toplayır. Yankoviç klubun son illər Avropada populyarlığının xeyli artdığını, lakin daxili çempionatda tribunaların daha boş olduğunu da vurğulayıb.
Marko Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Gələcəyi ilə bağlı danışarkən o, komandadan ayrıla biləcəyinin mesajını verib: “Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. ‘Qarabağ’dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.
Xatırladaq ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.
"Milan"da yeni müqavilə
Superkubok matçı azarkeşlərsiz keçiriləcək
"Bu, onun son matçı ola bilər"
ÇL-də "Qarabağ"a iki qol vuran futbolçu klubunu dəyişdi
"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı
"İmişli"nin futbolçusu milliyə dəvət aldı
"Bavariya" Avstriya klubuna böyük hesabla qalib gəldi
"Milan" Balkanlara üz tutdu, rədd cavabı aldı
Mareska "Çelsi"dən gedişindən sonra ilk dəfə açıqlama verdi
Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi
Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
Mbappe Superkubok matçında oynamayacaq
"Zirə" heyətini millinin futbolçusu ilə gücləndirdi