"Qalatasaray" klubu qış transfer pəncərəsində "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qatmağa cəhd göstərsə də, bu transfer reallaşmayıb.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi 24 yaşlı uruqvaylı futbolçunu icarə əsasında transfer etmək istəyib. Təklifə mövsümün sonunda satınalma şərti də daxil edilib. Lakin İngiltərə klubu “sarı-qırmızılar”ın təklifini geri çevirib.
Bildirilir ki, Premyer Liqada bu mövsüm cəmi 5 dəfə start heyətdə meydana çıxan Uqarte Türkiyəyə köçməyə müsbət yanaşıb. Onun bu qərarında "Qalatasaray"da çıxış edən millidən komanda yoldaşı Lukas Torreyra və klubun sabiq qapıçısı Fernando Muslera ilə apardığı söhbətlərin təsirli olduğu qeyd olunur. Futbolçu “Mançester Yunayted”də gələcəyini qeyri-müəyyən gördüyü üçün komandasını dəyişmək istəyib.
Lakin "Mançester Yunayted" rəhbərliyi yanvar ayında heyəti zəiflətmək niyyətində olmadığını bildirib. Klub rəsmiləri qış transfer dövründə Uqarteni əvəzləyəcək səviyyədə futbolçu tapmağın çətin olduğunu əsas gətirərək onun mövsümün sonuna qədər komandada qalmalı olduğunu vurğulayıb.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi