Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun Qol.Az saytına müsahibəsi
- Milli komandamızın Almaniya seçməsi ilə oyunundan razı qaldınız?
- Belə oyundan razı qalmaq olar? Boş-boş çıxıb oynayırlar da. Nəticə eyni nəticədir.
- Dünənki matçı Astanadakı oyunla müqayisə etsək, necə?
- Əşi, evdə istənilən rəqibə qarşı belə oynayırlar. Özlərini görtərmək üçün. Almanlar yaxşı oynamadılar. İstəsəydilər, bizə daha çox qol vurardılar. Özləri hörmət etdilər. Onsuz da bilirdilər ki, çıxıb, udacaqlar.
- Futbolçularımızın oyunundan razı qaldınız? Xüsusilə qardaşınız oğlu Vaqif Cavadovun.
- Yox, heç birindən razı qalmadım. Kim oynadı ki, ondan da razı qalam?!
- Vaqif Cavadovdan söhbət açılmışkən, deyilənə görə, bu futbolçunun klub seçiminə, karyerasını hansı komandada davam etdirmək istəyinə atası Füzuli Cavadov müdaxilə edir. Daha doğrusu, yekun qərarları atası verir. Sizin bu barədə məlumatınız var?
- Vaqifin atası var. Gedin, ondan soruşun. O bilir, Vaqif hara getmək istəyir. Mən o işlərlə maraqlanmıram. Məni maraqlandıran Vaqifin oyunudur. Qalanını özləri bilər.
- Qayıdaq milliyə. Sizcə, Berti Foqtsun qalmağı bizə xeyirdir, yoxsa getməyi?
- Bilirsiniz, bu seçmə mərhələdə Foqtsu göndərməyin nə mənası var? Heç nə dəyişməyəcək. Onun yerinə gələn məşqçi də eyni nəticəni göstərəcək. Həm də günah təkcə Foqtsda deyil axı. Əslində onun günahı bilirsiniz nədir?
- Siz deyin, biz də bilək.
- Foqts Azərbaycana gələndə, baxmalıydı ki, hara gəlir, kimlə müqavilə bağlayır. Orada nəticə verə biləcək, ya yox. Foqts dahi futbolçu olmaqla yanaşı, həm də şəxsiyyətdir. O, müqavilə bağlamamışdan əvvəl 15-20 gün Azərbaycanda olmalı, onun futbolu ilə maraqlanmalı idi. Əgər Foqts məsələyə peşəkarlıqla yanaşsaydı, mən bilirəm ki, Azərbaycana gəlməzdi. Foqts o ölkədə yaxşı işləyib, nəticə verə bilər ki, oranın səviyyəli çempionatı və yaxşı futbolçuları olsun. Foqts 1996-cı ildə Almaniya millisini Avropa çempionu edərkən, görün onun heyətində kimlər olub. Milli komandaya oyunçu dəvət edərkən, gərək seçim olsun. Ancaq bizdə seçim yoxdur. Bundan başqa, bizdə elə futbolçular da yoxdur ki, nəticə verə bilsinlər. Onlar uşaq məktəbi keçməyiblər. Ona görə də bizim futbolumuz həmişə belə olacaq. Bu, bilirsiniz, nəyə oxşayır? Hazırda futbolumuzda fövqəladə vəziyyətdir.
- Dediklərinizdən belə başa düşdüm ki, çempionatımızın səviyyəsi çox aşağıdır.
- Bəli. Bu, göz qabağındadır.
- Bəs bu, nə ilə ələqədardır?
- Çox şeyi mən demək istəmirəm. Ancaq çox vaxt şişirdirlər ki, çempionat belə yaxşıdır, belə səviyyəlidir. Özünüz bir az dərinə getsəz, hər şeyi görərsiniz. Görərsiniz ki, kimlər orada rəhbərlik edirlər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi