Milli komandamızın və “Qəbələ”nin yarımmüdafiəçisi Arif İsayevin Qol.Az saytına müsahibəsi
- Başlayaq, millimizin Qazaxıstan millisinə məğlubiyyətindən.
- Heç nə. Sadəcə olaraq məğlub olduq. Həmin oyundan danışmaq belə istəmirəm. Düzdür, həmin görüşdə meydana çıxmadım. Doğrudan, çox pis oynadıq. Ancaq deyim ki, qazaxlar qələbəyə layiq oynadılar və ya qeyri-adi nəsə etdilər, yox. Biz onlara rahat qalib gələ bilərdik və bunu etməliydik.
- Sən komandanın içində olmusan. Oyunöncəsi düşərgədə əhval ruhiyyə necə idi? Ola bilərmi ki, millimiz arxayınçılığın qurbanı oldu? Çünki Azərbaycandakı təlim-məşq toplanışı zamanı Slavyan Universitetinin tələbələri ilə oyunun təşkil olunması göstərdi ki, yığmamız sanki Qazaxıstan kollektivi ilə matça ciddi yanaşmır.
- Yox, arxayınçılıq deməzdim. Çünki komandamızın kapitanı Rəşad Sadıqov öz müsahibəsində bildirmişdi ki, karyerasının ən vacib oyununa çıxır. Kapitan bu sözü deyəndən sonra, kim arxayın ola bilər? Nədənsə, oyun alınmadı. Həmin gün bizim günümüz deyildi. O ki qaldı tələbələrlə oyuna, inanın ki, o haqda heç bir məlumatımız yox idi. Niyə oynadığımızı, nəyə görə tələbələrlə qarşılaşdığımızı bilmədik.
- Bu oyunun niyə təşkil olunması ilə bağlı sizə bir söz deyilməmişdi?
- Yox, heç nə deyilməmişdi. Matçdan bir gün qabaq bildik ki, sabah Slavyan Universitetinin tələbələri ilə oynayacağıq.
- Səncə, Qazaxıstan və Almaniya millisi ilə vacib oyunlaröncəsi tələbələrlə görüşmək nə dərəcədə düzgün idi?
- Özünüz də bilirsiniz ki, orada elə br güc sərf eləmədik. Bir az qaçmaq və fitneslə məşğul olmaq lazım idi, onları elədik. Qarşımıza hər hansı ciddi bir məqsəd qoyulmamışdı. Hər halda universitet komandası gəlib, bizimlə “dirəşəsi” deyildi ki (gülür).
- Bir az da Almaniya yığması ilə oyundan danışaq. Dünən milli komandamız növbəti rəsmi oyununa çıxdı və məğlub ldu. Qarşılaşma barədə nə deyə bilərsən?
- Vallah, nə deyim. Bacardığımız qədər, daha doğrusu əzmkar mübarizə apardıq. Almaniyadı, gücü və səviyyəsi ortadadır. Reallıqla barışmaq lazımdır. Səviyyə fərqi öz sözünü dedi. Bizdən çox üstün idilər. Bir də Qazaxıstan məğlubiyyəti bizə çox pis təsir eləmişdi. Sözün həqiqi mənasında. Həmin məğlubiyyəti unutdurmaq üçün əzmkar mübarizə aparmalıydıq ki, bunu da etdik. Bəlkə də kimsə bunları oxuyandan sonra, mənimlə razılaşmayacaq. Ancaq doğrudan da, əzmkar oynadıq. 3-cü qolu da ona görə buraxdıq ki, artıq bütün komanda hücuma atılmışdı. Rəşad Sadıqovdan tutmuş bütün müdafiəçilərimiz qabağa getmişdi.
- İlk dəqiqələrdə milli komandamız rəqibi öz qapısına tərəf sıxmışdı. Ardıcıl 1-2 epizodda qola yaxın olduq. Səncə, həmin vaxt vuracağımız bir qol oyunun gedişini dəyişə bilərdi?
- Elə mən də onu fikirləşirdim. Məncə, həmin epizodlarda hesabı aça bilsəydik, nəticə bir az fərqli ola bilərdi.
- Hansı komponentlərdə rəqibə uduzduq?
- Ən birinci səviyyə fərqi özünü göstərdi. Həm taktiki-texniki, həm də fiziki göstəricilərdə bizdən birə-bir üstündürlər. Argentina və İngiltərə kimi kollektivlərə 4 qol vuran komandayla oynamaq sizə asan gəlməsin.
- Səhv eləmirəmsə, yığma komandada ilk rəsmi oyununu keçirdin. Millinin formasını geyinmək necə hissdir?
- Millinin formasını geyinmək həmişə arzum olub. Bundan əvvəl Macarıstan seçməsi ilə yoldaşlıq oyununda meydana çıxmışam. Ancaq rəsmi oyunda ilk dəfə idi ki, millinin formasını geyindim. Mən deyərdim ki, bu, tamam fərqli bir hissdir. Çünki bu zaman məsuliyyətin daha da artır. Bu formanı daşımaq şərəfdir. Çünki öz ölkəni, bayrağını təmsil edirsən.
- Öz oyunundan razı qaldın?
- Vallah nə deyim, bunu qıraqdan baxan daha yaxşı bilər.
- Necə düşünürsən, baş məşqçisi Berti Foqts olan bir komandadan nəsə gözləməyə dəyər?
- Bilmirəm, qıraqdan necə görsənir. Ancaq komandanın içində bizim üçün hər şeyi edir,bütün şəraiti yaradır. Ancaq nələrdəsə axsayırıq. Bunu isə mən deyə bilmərəm ki, problem nədədir. Çünki özüm də bilmirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi