Milli komandamızın və «Qarabağ»ın hücumçusu Vüqar Nadirovun Qol.az saytına müsahibəsi
- Dünən almanlarla görüşdə milli Qazaxıstanla matçla müqayisədə yaxşı təsir bağışladı. Səncə, dünən nəticə qazanmaq üçün komandamıza nə çatmadı?
- Mən deyərdim ki, bəxtimiz də bir qədər gətirmədi. Almanlara qarşı oyunda 35-ci dəqiqəyədək onları arxaya çəkilməyə məcbur etdik. Əlimizə fərqlənmək üçün kifayyət qədər imkan düşdü. Hətta mənim yaratdığım təhlükəli vəziyyətlərdən birində top qapı tirinə dəydi. Sonradan rəqibin hüçumlarının kəsəri artdı və istəklərinə nail oldular. Bildiyiniz kimi, iki qolu əks hücum zamanı vurdular və bu da ona sübutdur ki, biz tamamilə müdafiyəyə çəkilməmişdik .Yəni rəqibdən o qədər də çəkinmirdik. Təsadüfi deyil ki, oyunun 89-cu dəqiqəsində dünyanın ən güclü komandalarından birinə qol vurduq. Qolun müəllifi Murad Hüseynov və Arif İsayevin millidə özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Onların ikinci hissədə meydana çıxması komandanın oyununa xeyli canlanma gətirdi.
- Almaniya millisinə qarşı göstərdiyimiz oyunu qazaxlarla görüşdə də sərgiləyib xal qazanmaq olmazdı?
- Əlbəttə ki, olardı. Sadəcə onlarla oyuna arxayın çıxmağımız bizi məğlubiyyətə apardı. Bir də süni ot örtüyü də bizim normal oyun sərgiləməyimizə çox mane oldu. Nəticənin başqa cür olması üçün biz çox şey edə bilərdik, ancaq neyləmək olar. Biz də belə olmasını istəməzdik.
- Astanadakı matçda oynunuz heç alınmadı. Bunu nə ilə izah edərdin?
- Elə düşündük ki, asanlıqla qalib gələcəyik. Ancaq oyunun gedişatı tam başqa cür alındı, gözlənilməz qollar buraxdıq ki, bu da nəticəyə təsirini göstərdi. Deməzdim şanslarımız olmadı, yetərincə qol imkanı yaratdıq, ancaq bunlardan yalnız birində fərqləndik. Sonradan çox cəhd göstərib oyunun axarını dəyişmək istəsək də, alınmadı.
- Həmin oyunda ikinci hissədə meydana çıxdın və iki dəqiqə sonra qol vurdun.
- Bildiyiniz kimi, bu, qazaxlara vurduğum ilk qol deyil. Bu, Allahın qismətidir ki, mənə bəxş etdi. Həmin an özümü çox xoşbəxt hiss etdim. Mən hər zaman meydana böyük həvəslə çıxıb, canla-başla oynayıram. Klubum və milli komandamın uğuru üçün var gücümü sərf edirəm.
- Sən qol vurduqdan beş dəqiqə sonra qapımızda ikinci topu gördük. Elə «Qarabağ»dakı komanda yoldaşın Rəşad Sadiqovun kobud səhvi nəticəsində cəzalandırıldıq.
- Bilirsiniz belə hallar hər bir futbolçunun başına gələ bilər. Ancaq mən təkcə Sadiqovun günahlandırılmasıyla razı deyiləm. Burda hakimin də kobud səhvi oldu, həmin epizodda qayda pozuntusu olsa da, bunu görmədi.
- Media və azarkeşlər Berti Foqtsu istefaya səsləyirlər. Sən onun millidə işləməyinin tərəfdarısan, yoxsa getməyinin?
- Bilirsiniz, bu, bizim işimiz deyil. Bizim işimiz çıxıb futbol oynamaqdır. Onun gedəcəyi və ya qalacağı artıq rəhbərliyin işidir. Buna onlar qərar verir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi