Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
DÜNYA FUTBOLU 17 Dekabr 2025 / 14:49 699
-  A +

Kiyev “Dinamo”sunun yeni baş məşqçisi məlum olub.

QOL.az xəbər verir ki, bu vəzifəyə İqor Kostyuk təyin olunub.

50 yaşlı mütəxəssis buna qədər Ukrayna təmsilçisində baş məşqçinin səlahiyyətlərini həyata keçirirdi.

Paytaxt klubu noyabrın 27-də Aleksandr Şovkovskini istefaya göndərmişdi.

Qeyd edək ki, 16 oyundan sonra 26 xal toplayan “Dinamo” turnir cədvəlində 4-cü yeri tutur.


Son xəbərlər