DÇ-2026-nın Afrika zonası üzrə pley-off matçından sonra qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, Nigeriya Futbol Federasiyası DÇ-2026-nın seçmə mərhələsində Konqo ilə keçirilən oyunla (1:1, penaltilər – 3:4) bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəsmi şikayət ünvanlayıb. Bu barədə ESPN məlumat yayıb.
Nigeriya tərəfi Konqo millisinin heyətində oynayan 6-9 futbolçunun meydana çıxmaq hüququnun olmadığını iddia edir. Söhbət Avropada doğulan və vətəndaşlıq dəyişdirilərkən Avropa pasportundan rəsmi şəkildə imtina etməyən oyunçulardan gedir. Nigeriya tərəfi bildirir ki, Konqonun qanunvericiliyinə əsasən, ikili vətəndaşlıq qadağandır və bu səbəbdən həmin futbolçuların millidə oynaması mümkün deyil.
FİFA-nın şikayətlə bağlı yekun qərarı mart ayında keçiriləcək qitələrarası pley-off mərhələsinədək açıqlanacaq.
Xatırladaq ki, Nigeriya millisi Afrika zonası üzrə pley-offun finalında Konqoya penaltilər seriyasında uduzub (1:1, penaltilər – 3:4). Nəticədə Konqo millisi qitələrarası pley-offa vəsiqə qazanıb, Nigeriya isə dünya çempionatına qatılmaq şansını itirib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı