Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi

Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
DÜNYA FUTBOLU 15 Dekabr 2025 / 18:16 2304
-  A +

İspaniyanın "Ovyedo" klubu uğursuz nəticələr fonunda baş məşqçi Luis Karrionla yollarını ayırıb. 

QOL.az xəbər verir ki, 2025-ci ilin oktyabrından komandanı çalışdırmağa başlayan mütəxəssis rəhbərliyin gözləntilərini doğrulda bilməyib. Belə ki, onun baş məşqçiliyi dövründə keçirilən 9 oyunda komanda bir dəfə də olsa qalib gəlməyib: 4 heç-heçə, 5 məğlubiyyət. Bu səbəbdən klub mütəxəssisin xidmətlərindən yararlanmağı dayandırıb.

Bildirilir ki, klub rəhbərliyinin səbrini daşıran son damla isə La Liqada Sevilyaya 0:4 hesablı ağır məğlubiyyət olub. 

Qeyd edək ki, klubun qarşıdan gələn şənbə günü “Selta” ilə keçiriləcək vacib oyununadək yeni baş məşqçi təyinatının açıqlanacağı bildirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner