Braziliya millisi baş məşqçisi Karlo Ançelotti ilə əməkdaşlığı uzunmüddətli davam etdirmək qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə müqavilənin 2030-cu ilə qədər uzadılması istiqamətində danışıqlara başlayıb.
2025-ci ilin mayından etibarən yığmaya rəhbərlik edən Ançelotti illik 10 milyon avro ilə milli komandalar arasında ən yüksək maaş alan məşqçi statusuna malikdir. Onun mövcud müqaviləsində 2026-cı il Dünya Çempionatının qalibiyyəti halında 5 milyon avro bonus da nəzərdə tutulub.
Braziliya futbol rəhbərliyi çalışdırıcının qısa müddətdə komandanı toparladığını və mundial öncəsi gözləntiləri yüksəltdiyini əsas gətirərək ona tam etimad göstərir.
Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı