“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 14-cü turunda “Kəpəz”i məğlub etməklə uğursuz gedişata son qoydunuz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. 3-4 gün əvvəl də kubokda “Kəpəz”lə qarşılaşmışdıq. Həmin görüşdə nəticə istədiyimiz kimi alınmamışdı. Məşqçilər korpusu oyunumuzu analiz elədi. Səhvlərimiz üzərində çalışdıq və bunun bəhrəsini gördük. Qələbə qazandığımız üçün sevinirəm.
- Kubokdakı məğlubiyyəti nəzərə alsaq, “Kəpəz”lə çempionat matçına revanş görüşü kimi yanaşdığınızı söyləmək olar?
- Bəli, belə demək olar. Məqsədimiz ötən oyundakı səhvləri təkrarlamamaq və qələbə qazanmaq idi. İstəyimizə çatdığımız üçün sevinirəm.
- Komanda son zamanlar qeyri-stabil çıxış edir. “Araz-Naxçıvan” nə üçün özünə bənzəmir?
- Bu, futboldur. Biz bütün oyunlarda qalib gələ bilmərik. Mövsüm boyu eyni tempdə çıxış etmək də mümkün deyil. Bu, tək bizə yox, bütün komandalara aiddir. Ümumilikdə razıyam, pis vəziyyətə düşmüşdük.
- Bu qələbə durumu dəyişəcək?
- İnanıram ki, bu qələbə ilə vəziyyət yaxşıya doğru dəyişəcək. Bizim üçün vacib oyun idi, vacib qələbə idi.
- Vurduğunuz qolla bağlı nə deyə bilərsiniz? Hamı ötürmə edəcəyinizi düşündüyü anda əla zərbə ilə fərqləndiniz...
- Bəli, ötürmə vermək də olardı. Lakin ağlıma ilk gələn zərbə endirmək oldu. Düşündüm ki, ötürmədənsə, qol vurum.
- Adətən qol vurduqdan sonra sevincinizi başınız üzərindən tullanaraq qeyd edirsiniz. Amma bu dəfə həmin sevinci görmədik. Maraqlıdır, niyə?
- Olduğum yer bir qədər dar idi (gülür). Urfan Abbasov da çox yaxında dayanmışdı.
- Növbəti turda sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Bəli, bazar günü “Qarabağ”la qarşılaşacağıq. Rəqibi analiz edəcəyik. Məşqlərdə tam gücümüzlə çalışacağıq. İlk dövrədə onlara qarşı oyunumuz uğursuz alınmışdı. İnanıram ki, bu dəfə vəziyyət fərqli olacaq. Ümumilikdə bizi maraqlı görüşün gözlədiyini deyə bilərəm.
- “Qarabağ” bu gün Çempionlar Liqasında “Ayaks”la üz-üzə gələcək. Sizcə, çempionatdakı oyununuz baxımından Ağdam klubunun qələbəsi sizə daha sərfəli olar, yoxsa məğlubiyyəti?
- O barədə düşünmürük. Bizim üçün öz oyunumuz vacibdir. “Qarabağ” qalib gəlsə, bu, Azərbaycan üçün yaxşıdır. Sırf bizə görə isə “Qarabağ”ın “Ayaks”ı udması, yaxud uduzması əhəmiyyətsizdir.
- Qış fasiləsinə iki tur qalıb. “Araz-Naxçıvan”ın qarşıya qoyulan hədəfə - avrokuboklara yollanmaq perspektivini necə görürsünüz?
- Yol uzundur. İndidən mövsümün sonu ilə bağlı qəti proqnoz vermək çətindir. Məqsədimizə doğru addım-addım irəliləməliyik.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
Konfrans Liqasında 18 oyun
"Beşiktaş" və "Yuventus"un ev, "Milan"ın səfər sınağı
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”