"Milli komandalarla bağlı yaranmış iki həftəlik fasilə oyun ritmimizə böyük təsir göstərdi. Çox çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq, rəqibin də maraqlı oyun planı vardı. Onlar daha çox meydançada birə-bir mübarizəyə üstünlük verirdilər və fiziki cəhətdən güclü komandadırlar. Bu gün əvvəlki matçlara nisbətən daha çox müdafiəyə çəkilmişdilər. İlk 20-25 dəqiqə təhlükəli idilər, bizi cəzalandıra bilərdilər. Amma ikinci hissədə üstünlük bizdə oldu. Yarımmüdafiə xəttini gücləndirdik və oyunun nəzarətini ələ aldıq. Ən böyük problemlərimiz üçüncü zonada idi, son ötürmələr çatmırdı. İkinci hissədə çox yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmədik, bir topumuz isə dirəyə dəydi. 0:0 hesabını ədalətli nəticə hesab etmək olar. Daha artığını etməliyik. Bu matçı unudub qarşıdakı oyunlara hazırlaşmalı, səhvlərimizi düzəltməliyik. Qarşıdakı matçda daha yaxşı olmalıyıq. Bizim kimi iddialı bir komandanın qapıya yalnız 6 zərbə endirməsi çox deyil”.
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 12-ci turunun "Şamaxı" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. Mütəxəssis həmçinin hücumdakı problemlərin aradan qalxmaması məsələsinə də aydınlıq gətirib:
"Biz çalışırıq ki, hər oyunda hücum futbolu nümayiş etdirək. Amma bəzən rəqibə qarşı bu alınır, bəzən alınmır. Rəqiblər də bizi təhlil edir. Bizim oyun prinsipimiz həmişə eynidir, amma hər matçda eyni taktika işləyə bilmir. Bəzən istədiklərimiz alınır, bəzən isə yox. Hücumda bu gün ötürmələrdə çətinliklər yaşadıq, Simiç və Lepinitsanın epizodları oldu. Rəqib də passiv deyil, onlar da mübarizə aparır. Bu gün “Şamaxı” inadkarlıqla oynadı və epizodlarımızdan maksimum yararlana bilmədik".(sportal.az)
İkardi "İnter"ə qayıdır?
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı