Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Çempionlar Liqasının cari mövsümündə fransız çalışdırıcıların olmamasına münasibət bildirib.
QOL.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu barədə RMC Sport-a danışıb.
“Düşünürəm ki, fransız məşqçilər lazımi qədər qiymətləndirilmir, hətta Fransanın özündə belə. Xaricdə isə onların sayı getdikcə azalır. Biz başqalarından zəifik? Xeyr. Sadəcə, digərləri daha yaxşı təşkilatlanıblar. Liqa 1 və Liqa 2-də bir çox vəzifələrdə əcnəbi məşqçilər çalışır. Halbuki çoxlu istedadlı fransız mütəxəssislər var, amma onlara həmişə tələbat olmur. Mən bu vəziyyətdən məyusam”, – deyə Deşam bildirib.
Təcrübəli çalışdırıcı əlavə edib ki, bu statistika mənfi təsir bağışlasa da, fransız məşqçilərin peşəkarlığına kölgə salmır.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasına rəhbərlik edir. O, daha əvvəl “Monako”, “Marsel” və “Yuventus”da da işləyib.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir