Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
QOL.az xəbər verir ki, cədvəldə 502 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.
Klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dır. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib. "Qarabağ" 82-ci pillədən 65-ci yerə qalxıb. Qurban Qurbanovun komandası reytinqdə "Napoli" (175 xal), "Şaxtyor" Donetsk (174.25), "Nyukasl" (172), "Ayaks" (152) kimi klubları qabaqlayıb.
"Sabah" (83.5) 296-cı yerdən 276-ya, "Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.
Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdür.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov