Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın futbolçusu Eren Elmalının A milli komandanın heyətindən çıxarıldığını açıqlayıb.
QOL.az xəbər verir ki, qurumun rəsmi məlumatına görə, müdafiəçi Eren Elmalı peşəkar liqalarda aparılan mərc araşdırması çərçivəsində TFF-nin Hüquq Müşavirliyi tərəfindən millinin namizəd heyətindən uzaqlaşdırılıb.
Eyni səbəbdən U-21 milli komandasının üzvü İzzet Çelik və 19 yaşadək futbolçulardan ibarət yığmanın oyunçusu Ege Albayrak da müvafiq komandaların heyətindən çıxarılıb.
Eren Elmalı sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama yayıb. 25 yaşlı futbolçu, adının araşdırmada yer almasının səbəbini təxminən 5 il əvvəl öz komandası xaricində edilən bir mərc əməliyyatı ilə əlaqələndirib:
“Bu gün xəbərlərdə adımın TFF tərəfindən aparılan intizam araşdırmasında keçdiyini gördüm. Açıq şəkildə bildirmək istəyirəm ki, bu dosyada adımın yer almasının səbəbi 5 il əvvəl öz komandamdan kənarda edilən bir mərc əməliyyatıdır. O gündən bəri nə mərc oynamışam, nə də bu mövzu ilə hər hansı əlaqəm olub”.
“Qalatasaray”ın futbolçusu hazırda Türkiyədə futbol üzrə aparılan geniş mərc araşdırmasında adları hallanan oyunçularından biridir.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir