"İlki hissədə yaxşı oyun göstərə bildik. Qapıya zərbələrimiz az olsa da, topu özümüzdə saxlayırdıq".
QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkiliya Misli Premyer Liqasının 11-ci turunda bu gün "Şamaxı" ilə keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Şamaxı"nın aqressiv oyununa qarşı çıxış edə bildik. Rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə "Şamaxı" daha yaxşı təsir bağışladı. Onlar meydanın bizə aid olan hissəsində topa daha çox yiyələnirdilər. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Qolu da belə vəziyyətdən vurdular".
J.Kaşkilya matçın baş hakimi Rauf Cabbarovun idarəçiliyindən narazı qalıb: "Hakimlərdən narazılığım var. Təkrara baxdıq. Məncə, top Kərim Rossinin əlinə dəyib qapıya girdi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Dəyişikliklərdən sonra açıq oyun getdi. Amma qol vura bilmədik. "Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Bu, futboldur. Bu gün uduzduq, amma yenə qələbələr qazanmağa çalışacağıq".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı