“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyun öncəsi BBC-yə açıqlama verib.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə klublar arasındakı səviyyə fərqinə toxunub:
Təəssüf ki, biz indiyə qədər İngiltərə klublarını məğlub edə bilməmişik. Çünki Premyer Liqa dünyanın ən yüksək səviyyəli, ən güclü liqasıdır. “Çelsi”ni Bakıda qəbul etmək bizim üçün yaxşı nailiyyətdir və bu kiçik futbol ölkəsinin inkişafına kömək edəcək”.
“Qarabağ” 2017/2018 mövsümündə də “Çelsi” ilə üz-üzə gəlib. “Zadəganlar” Çempionlar Liqasının qrup mərhələsinin Londondakı matçında 6:0, Bakıdakı görüşündə isə 4:0 hesabı ilə üstün olub. Q.Qurbanov o vaxtdan indiyə qədər çox şeyin dəyişdiyini, ancaq hələ də klublar arasında böyük fərq olduğunu bildirib: "Qarabağ” o vaxtdan indiyədək çox inkişaf edib, bununla belə, klublar arasında fərq hələ də çox böyükdür. Biz ayaq üstə durmağı, futbolumuzu oynamağı, mübarizə aparmağı və azarkeşlərimiz üçün gözəl oyun göstərməyi bacarmalıyıq. İstənilən hesablı qələbə bizim üçün yaxşı olardı”.
BBC klubların büdcələri arasında olan kəskin fərqi də qabardıb. “Qarabağ”ın büdcəsinin təqribən 24 milyon avro, “Çelsi”də isə bu rəqəmin 1 milyarddan çox olduğu qeyd edilib. Q.Qurbanov isə işini mövcud büdcəyə uyğun qurduğunu bildirib: "Mən heç vaxt büdcəyə diqqət yetirməmişəm. Sadəcə buna uyğunlaşmağa çalışıram. Məqsədlərimizə çatmaq üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:45-də başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov