"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda meydançada müdafiə yox, hücuma üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq, düzgün reaksiya versək, qarşıdakı matçlar bizim üçün faydalı olacaq. Oyunu rahat bitirə bilərdik. Sadəcə məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi. Futbol səhv oyunudur. Çempionat hamı üçün ağırdır. Həmin səhvləri aradan qaldırsaq, qarşıdakı oyunlarda qələbələrə daha yaxın ola bilərik".
QOL.az sportal.az-a istinadla xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- "Araz-Naxçıvan" həmişə etibarlı müdafiəsi ilə seçilib. Bu gün sanki nəsə olmuşdu müdafiə xəttinə. Boşluq verməyinizin səbəbi nə idi?
- Sırf müdafiəçilərin üzərinə atmaq istəmirik bunu. Komanda olaraq boşluqlar verirdik ki, rəqib ondan istifadə edirdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiədə daha da yaxşı olacağıq. Elə səhvlərdir ki, onun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək.
- Qara Qarayev son vaxtlarda daha çox ehtiyatda qalır, az-az şans qazanması nə ilə bağlıdır?
- Həmin zonada rəqabət var. Yaxşı, sağlam rəqabət gedir. Qarşıdakı matçlarda Qara da şans qazanacaq. Sadəcə elə olur ki, az şans qazanır. Qara öz üzərində maksimum çalışan futbolçudur.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı