“Flamenqo”nun baş məşqçisi Felipe Luis bu ilin əvvəlində “Qarabağ”dan transfer etdikləri Juninyodan narazılığını ifadə edib.
QOL.az “Globo” nəşrinə (Braziliya) istinadən xəbər verir ki, Rio təmsilçinin 40 yaşlı çalışdırıcısı keçirdiyi mətbuat konfransında Juninyonun çox az oyun şansı əldə etməsinin səbəblərindən danışıb.
Filipe Luís bildirib ki, mərkəz hücumçusuna ardıcıl oyun imkanı onun göstəricilərinə və həmin mövqedəki güclü rəqabətə görə verilmir:
“Futbolçunun meydana çıxması üçün birinci amil fərdi göstəricisidir. Pedronun yüksəlişi nəticəsində Bruno, Wallace və Juninyo heyətdə öz yerlərini itirdilər. Yeri itirdikcə etimad da azalır. Buna görə də, onlara bəzən oynamaq imkanı verməyə çalışıram. Həftə ərzində gördüyüm məşq məlumatlarına əsasən qərar verirəm. Bəzən bu qərarlar azarkeşlərə xoş gəlməyə bilər, amma məncə komanda üçün daha yaxşı olan budur. Juninyo hələ lazımi ardıcıllığı və inamı qazana bilməyib ki, özünü komandada birmənalı şəkildə təsdiqləsin. Bu, hələ baş verməyib və indi hər şey yalnız onun özündən asılıdır”.
Qeyd edək ki, heyətə düşə bilməkdə çətinlik çəkən Juninyonun qışda komandadan ayrıla, hətta “Qarabağ”a qayıda biləcəyinə dair qeyri-rəsmi xəbərlər yayılıb.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə