“Ümid edirəm ki, Braziliya qalib gələcək” - Zlatan İbrahimoviç

“Ümid edirəm ki, Braziliya qalib gələcək” - Zlatan İbrahimoviç
DÜNYA FUTBOLU 11 Oktyabr 2025 / 19:25 3297
-  A +

Sabiq futbolçu Zlatan İbrahimoviç qarşıdakı dünya çempionatında dəstəkləyəcəyi milli komandanın adını açıqlayıb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli hücumçu Braziliya millisinin uğur qazanacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, Braziliya qalib gələcək. Dostum Karlo Ançelottiyə dəstək olacağam. Onun işlədiyi hər komanda əla nəticə göstərir”.

Xatırladaq ki, İbrahimoviç 2012–2013-cü illərdə PSJ-də oynayarkən komandanın baş məşqçisi Karlo Ançelotti olub.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner