Konseysaonun yeni klubu müəyyənləşib

Konseysaonun yeni klubu müəyyənləşib
DÜNYA FUTBOLU 8 Oktyabr 2025 / 08:12 1505
-  A +

Portuqaliyalı mütəxəssis Serjio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Onunla birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredo, Vedran Runye və analitik-məşqçi Eduardo Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.

Serjio Konseysaonun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin 29 mayında vəzifəsindən azad edilib.


Son xəbərlər
25.11.25  13:14

Amorim: "Qorxuram"