“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadənin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının son turunda “Turan Tovuz”a böyük hesabla (0:3) uduzdunuz. Bu cür məğlubiyyəti nə ilə əlaqələndirmək olar?
- Nəticə özü hər şeyi deyir. Konkret hansısa səbəb göstərmək çətindir. Sadəcə, bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Məşqlərdə daha çox çalışmalıyıq ki, növbəti matçlarda yaxşı nəticələr qazanaq.
- “Sumqayıt” mövsümə uğurlu start versə də, son 3 turda cəmi 1 xal qazanıb. Komanda enişdədir?
- Eniş deməzdim. “Turan Tovuz” yaxşı komandadır. Onlara qarşı oynamaq hər zaman çətindir. Yaxaladıqları epizodu qola çevirdilər, hesabda önə keçdilər. Bilirik ki, hesabı “Turan Tovuz” açırsa, geridönüş etmək çox çətindir. Hesabda geri düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Bu səbəbdən də qapımızda ikinci, üçüncü qolu gördük.
- İkinci hissədə, hesab 0:2 olarkən komandanız penaltini qaçırdı. Həmin anı matçın qırılma nöqtəsi saymaq olar? Hər halda hesab arasındakı fərq azalsaydı, oyunun gedişatı tam dəyişərdi...
- İndi nəsə demək çətindir. Biz də istəməzdik ki, belə olsun. Bəlkə də 1:2 olsaydı, matçın qalan dəqiqələri daha gərgin alınardı. Lakin olan oldu artıq.
- Son turlardakı uğursuz çıxışı nəzərə alsaq, çempionatda yaranan fasiləsinin “Sumqayıt” üçün faydalı olacağını deyə bilərik?
- Bəli, fasilə bizim üçün 100 faiz faydalı olaq. Komandamız 2 həftə ərzində yaxşı hazırlıq keçəcək. Çatışmazlıqlar üzərində iş gedəcək. Əminəm ki, bu məğlubiyyətdən sonra daha güclü olacağıq.
- Premyer Liqada legioner limitini ləğvi yerli futbolçuların çıxışına nə dərəcədə təsir göstərir?
- Açığı, xüsusi bir fərq hiss etmirəm. Kim güclüdürsə, o da meydana çıxır. Fərqi yoxdur, yerli futbolçudur, yaxud legioner.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir