“Oyun çox yaxşı keçdi. Birinci liqa üçün çox gözəl qarşılaşma oldu. Təki bütün matçlar belə olsun”.
Bu sözləri QOL.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Elvin Məmmədov 1-ci liqanın 3-cü turunda “Şahdağ Qusar”ı məğlub etdikləri (2:0) oyun haqda danışarkən deyib.
O, mövsümə yaxşı başladıqlarını bildirib: “Birinci liqada komandaların hamısı inkişaf edir. Meydanda çox yaxşı temp var idi. Göstərilən oyuna görə hər iki komandanı təbrik edirəm. Çempionata yaxşı start vermişik. “Şahdağ Qusar”la matçda da qələbəmizi qazandıq. Uşaqlar çox əziyyət çəkdilər. Yolumuza davam edirik. Çatışmayan cəhətlərimiz var. Hər oyunu analiz edib, daha yaxşı hazırlaşmağa çalışırıq. Səhvlərimiz üzərində işləyir və onları aradan qaldırmağa çalışırıq”.
E.Məmmədov komandasının qol epizodlarının dəyərləndirə bilməməsinə də toxunub: “Əlbəttə, futbolda belə hallar olur. Amma dediyim kimi, temp əla idi. Açılmalar, ötürmələr... Səhvlərimiz də var. Üzərində işləyirik”.
Baş məşqçi komandaya böyük ümidlərlə transfer olunan iranlı hücumçu Ali Babaeinin oynamamasına da aydınlıq gətirib: “O, hələ tam hazır deyil. Bu dəqiqə o riski edə bilmərik. Bizim üçün lazımlı futbolçudur, lakin tam hazır deyil, bu səbəbdən də gözləyirik. Onu itirmək istəmərik. Çünki mövsüm öncəsi komanda ilə birgə hazırlıq keçməyib. Növbəti turlarda Ali Babaei də şans qazanacaq”.
E.Məmmədov çempionluq yolunda əsas rəqiblərindən olan “Şəfa”dan hələlik xal hesabında olmasa da, top fərqində geri qalmalarına da münasibət bildirib: “Keçən dəfə də dedim, bizim üçün hər rəqib çətindir. Hər rəqibə qarşı çox ciddi hazırlaşırıq. “Şəfa” formadadır, yaxşı komandadır, güclü kollektivdir. Lakin bizim rəqibimiz tək onlar yox, bütün komandalardır. Liqadakı kollektivlərin hamısı bizim rəqibimizdir”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı