Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci "Qarabağ"la bağlı danışıb.
QOL.az xəbər verir ki, keçmiş hücumçu "Kontraspor" Yutub kanalında yayımlanan verilişdə Ağdam klubunun Çempionlar Liqasında uğurla irəlilədiyini bildirib. O, "Qarabağ"ın pley-off mərhələsində "Ferensvaroş" (Macarıstan) səddini də keçəcəyinə inandığını deyib:
“Qalatasaray” Çempionlar Liqasındadır. İnşallah “Fənərbaxça”nı da orada görərik. Qardaş komandamız “Qarabağ” da ilk oyunda qazandığı çox sərfəli nəticə ilə ev oyununa çıxacaq. “Qarabağ”a cavab matçında da ürəkdən uğurlar arzulayırıq. İnşallah “Qarabağ” da Çempionlar Liqasının Liqa mərhələsində olacaq. Azərbaycan futbola ayırdığı yatırımın qarşılığını alır, futbol inkişaf edir. “Qarabağ”ı ilk oyundakı qələbəyə görə təbrik edir, cavab matçında uğurlar arzulayıram. İnşallah Liqa mərhələsinə yüksələcəklər”.
Xatırladaq ki, Budapeştdə keçirilən ilk oyunda "Ferensvaroş"a 3:1 hesabı ilə qalib gələn "Qarabağ" bu gün rəqibini Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi