“Qalib gəldiyimiz üçün sevinirik. Çox xoşbəxtik. Artıq növbəti mərhələ barədə düşünməliyik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Jurnalistlərin suallarını cavablandıran fransalı yarımmüdafiəçi növbəti mərhələdə də uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Ferensvaroş” güclü komandadır. Daha əvvəl onlara qarşı oynamışıq. Heyətlərində yaxşı futbolçular var. Bununla belə, pley-offu da uğurla keçmək üçün əlimizdən gələni edəcəyik”.
“Qarabağ” üçün yüksək səviyyəni qorumaq nə dərəcədə çətindir?” sualını Zubir belə cavablandırıb: “Əlbəttə, çətindir. Çalışırıq ki, daim yaxşı formada qalaq. Lakin bu, heç də asan deyil. Yüksək səviyyəni qorumaq üçün məşqlərdə daim çalışmalısan”.
Zubir sonda azarkeşlərə minnətdarlıq edib: “Stadionda 30 min azarkeşi görmək çox xoş idi. Qələbəmizdə fanatların verdiyi dəstəyin böyük rolu oldu. Çalışacağıq ki, onları qarşıdakı matçlarda da sevindirək”.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu