“Mən bir az həyəcanlı idim. Çünki adətən “Qarabağ” göylə, uzun ötürmələrlə oynayan komandalarla ağır oynayır, çətinlik çəkir. Amma belə bir çətinlik görmədim”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) səfərdə keçirilən oyunu (3:0) haqda danışan mütəxəssis Ağdam klubunun böyük üstünlüyə malik olduğunu bildirib: “Elə ilk oyunda gördük ki, “Qarabağ” rəqibindən səviyyəcə fərqlənir. Abdullah Zubir dünən lap köhnə vaxtları kimi oynadı. İkinsi hissədə yorulub əvəzlənməsi də normal haldır. “Qarabağ” oyundan-oyuna inkişaf edəcək. İlk görüşdə qələbə qacib idi. Rahatlaşmaq üçün yox, inanmaq üçün”.

Ağasəlim Mircavadov
A.Mircavadov “Qarabağ”a hücumçu lazım olduğunu qeyd edib: “İlk oyunda komandada yüklənmə də olur. Bunu nəzərə alsaq, “Qarabağ” çox yaxşı oynadı. Yaxşı olardı ki, hücumçu alsınlar. Hazırda komandada işlər ortada və cinahda görülür. Rəqibin cərimə meydançasında oynayan futbolçular lazımdır. Təbii ki, klub rəhbərliyi də bu barədə düşünür”.
Təcrübəli mütəxəssis “Qarabağ”ın yeni transferlərinin yaxşı təsir bağışladığını da deyib: “Marko Yankoviçin olmamağını Kadi Borqes hiss etdirmədi. Çox ağıllı oynadı. İkinci qolun ötürməsi də əla idi. Bir oyunla nəsə demək olmaz. Amma hiss olunur ki, yeni transferlər də normal oyunçudurlar. Topla davranışları, komanda oyununa önəm verməkləri yaxşıdır”.
A.Mircavadov ötən gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin “Hayduk”la (Xorvatiya) Bakıda keçirilən oyunu (1:1) haqda da danışıb: “Hayduk” çox güclü klubdur. Gənc futbolçulara üstünlük verirlər. Məncə, 1:1 hesabı ilə heç nə itirilməyib. Bu gün “Zirə”nin hücum xəttində problem var. Davit Volkovla Rafael Utziq yaxşı tandem idi. İndi Utziqin olmaması hiss olunur. Brahim Konatenin zədələnməsi “Zirə” üçün problem ola bilər. Çünki çox gözəl oynayır. Dünən həm qol vurdu, həm ortada yaxşı oynadı. Rəqibin bir neçə hücumunun qarşısını aldı. Heyif ki, zədələndi. Məncə, “Zirə” ikinci oyunda daha da üstün oynayacaq. Bu mərhələni keçə bilərlər”.
A.Mircavadov klublarımızın yeni mövsümə yaxşı hazırlaşdığını da əlavə edib: "Hiss olunur ki, hər iki komanda ağır yüklənib. Amma belə də olmalıdır. Bununla belə, biz gördük ki, hər iki komandada istək, komanda oyunu var. Bunlar vacib amillərdir. “Qarabağ” ilk oyun olmasına rəğmən, əvvəlki illərdən daha hazırlıqlı görünür. Komanda hava toplarında da yaxşı oynayırdı. Çox az epizodda rəqibə uduzdular. Bu komandaya qarşı tam hazır idilər. Həm də rəqib futbolçuların gücü bu qədər idi. Təbii ki, iki komanda arasında fərq böyük idi. Amma bu fərqin olması üçün meydanda əziyyət çəkməli və ağıllı oynamaq lazımdır”.
Ramiq Ağaməmmədov
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video